şənbə günü, 26 sentyabr 2026
     

“Ağdağ” uğrunda döyüşlərdə şəhid oldu, 3 ay sonra nəşi tapıldı-Novruz Haxverdiyev...

Image


Kifayət Haxverdiyeva: “Deyirəm ki, bəlkə bir gün qayıdıb gəldi”

Gəncədə bir ana ilə görüşdüm, saçları qardan bəyaz, qara yaylıqlı, qara libaslı sinəsi dağlı Kifayət ana ilə. Gözələri yol çəkirdi ananın, səksəkəli, qüssəli baxışları ürəyimi qana döndərdi. “İnci adında bir qızı yadigar qaldı balamın. Şəhid olduğuna heç inanmıram. Deyirəm ki, bəlkə bir gün qayıdıb gəldi” deyir Kifayət ana. “Ürəyim sussuz torpaq kimi cadar-cadardır, oğlum gedəndən özümə bu işıqlı dünyada yer tapa bilmirəm” deyən daşkəsənli şəhid Novruz Haxverdiyevin anası Kifayət Haxverdiyeva deyir bu sözləri. Səsi titrəyir ananın. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” IV cildiliyinin II, III və IV cildlərinin Gəncə şəhərində keçirilən təqdimat mərasiminə Kifayət ana da gəlmişdi. Mən də həmin tədbirlə bağlı yaradıcılıq ezamiyyəti zamanı ana ilə də söhbət etdim.

Novruz Haxverdiyev Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində doğulsa da, nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Novruz kimi oğullar üçün Vətənin hər qarışı əzizdir, doğmadır, torpağın da hər qarışında şəhid ruhunun xeyir-duası yaşayır.

Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli və Kifayət Haxverdiyevlərin dörduşaqlı ailəsində anadan olub. 2003-2014-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil alıb.
Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Müdafiə Nazirliyi onun itkin olduğunu bildirərək intensiv axtarışlara başlayıb və nəticədə, Novruz Haxverdiyevin nəşi 19 yanvar 2021-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Novruz Haxverdiyev ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Novruz Haxverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

“Hərbidə işləyirdi, müharibəyə özü könüllü getdi. Öz razılığı ilə bu yola baş qoydu oğlum. Kəşfiyyatçı idi. O əsgərlikdən sonra dedi ki, qalıb hərbidə işləmək istəyir. Biz razılıq vermirdik. Çox israr etdi ki, mən getməliyəm, getdi də. Vətən müharibəsində iki oğlum döyüşüb, bir-birini görməyiblər amma. Oğlumun biri qazi, o biri isə şəhid oldu. Oğlum Bayram hazırda hərbidə gizir kimi xidmət edir.

Novruz evənmişdi, İnci adlı bir qızı var. Atası şəhid olanda İncinin bir yaşı vardı. İndi altı yaşındadır. Oğlumun nəşi 3 ay 17 gün tapılmadı. Şəhid olmamışdan əvvəl səhər tezdən mənimlə danışdı. Oktyabrın 5-də şəhid olub. Yanvarın 19-da isə nəşi tapıldı, onun nəşini ermənilərdən aldılar. Gəncədə torpağa tapşırıldı. Dediyim kimi, səhər tezdən zəng vurdu, danışdıq, o biri oğlumu soruşdu. Ayrı-ayrı yerdə idilər. Dedi mən qardaşımla danışmaq istəyirəm. O belə deyəndə özümdən aslı olmayaraq ağladım. Dedim özündən muğayat ol, oğlum. Dedi ana, mən özümdən muğayat oluram, sən balamdan muğayat ol. Novruz qız övladını mənə əmanət etdi. Aradan iki saat keçməmiş eşitdik ki, Novruz şəhid olub. Qonşulardan eşitdik bu qara xəbəri. Onun yanında qonşuların da uşaqları da var idi. Onlardan analarına demişdilər ki, Novruz şəhid olub, amma nəşi yoxdur. Gördüm ki, elə orada-burada danışırlar, pıçıldaşırlar. Ürəyim sızıldadı. Onun şəhid olduğunu məndən də gizləgidilər. Sonra həqiqəti bildim. Bildim ki, evim yıxılıb balam şəhid olub,

Daşkəsən də, Xaçbulaqda N saylı hərbi hissədə xidmət edirdi Novruz. Hər dəqə, hər saniyə oğlumu gözləyirəm. Əvvəl bizimlə yaşayırdılar, sonra kirayədə qaldılar. Adı kirayə idi, amma bizdən ayaqlarını kəsmirdilər, tez-tez gəlirdilər. Gözlərim hər dəqiqə, hər saniyəm onun getdiyi yollardadır. Telefon zəngini gözləyirəm. Gecələrim gündüzümə qarışıb. Oğlu şəhid olan ana heç gecələr yatmarmı? Yatmaz qızım, yatmaz. Baladan ötrü yanırsan. Yadımızdan heç çıxmır. Atası gününü ağlamaqla keçirirdi, bir neçə gün əvvəl rəhmətə getdi, oğlumuza qovuşdu.

Elə hər gün ağlayırdı. O da ağlayırdı, mən də ağlayırdım. Uşaqların üzünə baxanda onu görürəm, ağlayıram”.

Kifayət ana deyir ki, şəhidlərin adını tutan, onları xatırlayan bir kəs şəhid ailələrinə böyük təsəlli bəxş edir.

“Qurumuş ağac kimiyəm qızım...Oğluma qovuşacağım günü gözləyirəm. Bilirəm ki, məndən sonra Novruzumu xalqımız yaşadacaq. Xatirə Kitabı balalarımızın xatirəsini əziz tutur, onlara kitablar həsr edir. Bu bizə böyük təsəllidir”.

Gəncədə igid oğlu uyuyur Kifayət ananın. Ona görə də bir ayağı Gəncədədir.

“Əzizinəm Gəncədi,

Şəki, Şirvan, Gəncədi.

Ölüm Allah əmridir

Ayrılıq işgəncədir”-deyir ana. “Oğullarımızı bu Vətənin uğrunda qurban verdik, özləri getsə də, torpaqlarımız qayıtdı. Bu da bizə bir təsəllidir” söyləyir ana. Göz yaşları leysana dönür, buludlar da anaya qoşulur, yağış ələyir. Bəlkə də yağış deyil, Novruzun və onun kimi neçə igid oğulun salamıdır, onlar bizi salamlayır...

İradə SARIYEVA

Gəncə-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ