Atəşkəs danışıqlarının davam etməsinə baxmayaraq, ABŞ-ın son bir neçə gündə İrana ikinci hücumu tərəflər arasında gərginliyi yenidən artırıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin "müdafiə" əməliyyatının bir hissəsi olaraq bu gücə İran pilotsuz təyyarələrini vurduğunu və Bəndər Abbas yaxınlığındakı yerüstü idarəetmə məntəqəsinə zərbə endirdiyini açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu isə Bəndər Abbasdakı ABŞ hücumuna cavab olaraq bölgədəki ABŞ hava bazasını hədəf aldığını açıqlayıb. Bəyanatda deyilir: "Bu cavab düşmənə ciddi bir xəbərdarlıqdır ki, onun təcavüzü cavabsız qalmayacaq və təkrarlanarsa, cavabımız daha qətiyyətli olacaq. Hücumun nəticələrinə görə təcavüzkar məsuliyyət daşıyır".
İnqilab Keşikçiləri hədəf alınan ABŞ bazasının hansı ölkədə yerləşdiyini açıqlamayıb. Lakin Küveyt ordusu bu səhər ölkəyə raket və pilotsuz təyyarə hücumlarının olduğunu, hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini açıqlayıb. Lakin hücumların mənbəyi barədə ətraflı məlumat verilməyib.
Tahir TAĞIYEV