İsrail hökuməti, BMT-nin ölkəni münaqişə zonalarında cinsi zorakılıq üzrə "qara siyahı"sına əlavə etməsinə cavab olaraq, BMT-nin Baş katibi Antonio Quterreşin ofisi ilə bütün əlaqələrini dayandırdığını bəyan edib.
İsrailin BMT-dəki Daimi Nümayəndəsi Denni Danon, sosial mediada verdiyi açıqlamada, Quterreş vəzifədə qaldığı müddətcə İsrail missiyasının Baş katibin ofisi ilə heç bir şəkildə "əlaqə saxlamayacağını" və onun xələfinin seçilməsini gözləyəcəyini bildirib.
İsrail Xarici İşlər Nazirliyi, Danonun elan etdiyi BMT qərarını "utancverici və absurd" adlandıran bir bəyanat yayıb. Baş katib Quterreşi hədəf alan bəyanatda, onun "vəzifəsinin son aylarından İsrailə qarşı əsassız ittihamlar uydurmaq üçün istifadə etdiyi" iddia edilib.
Bundan əvvəl İsrailin BMT-dəki Daimi Nümayəndəsi Dannon, Birləşmiş Millətlər Təşkilatının İsraili münaqişə zonalarında təcavüz və cinsi zorakılıq üzrə, "rüsvayçılıq siyahısı" da adlandırılan "qara siyahı"sına əlavə etdiyini açıqlamışdı.
Tahir TAĞIYEV