ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında İran kimi haqq sahibi olan Omanı təhdid edib. Omanın Hörmüz boğazında hamı kimi davranacağını deyən Tramp, əks halda onları vurmaq məcburiyyətində qalacaqlarını bildirib.
"Vaxt gələndə Hörmüz boğazından qayıqları sərbəst buraxacağıq. Hörmüz boğazı hər kəs üçün açıq olacaq və heç kim onu idarə etməyəcək" – deyə Tramp bildirib.
Gərginlik İranın Hörmüz boğazından keçən ticarət gəmilərindən rüsum almaq üçün Omanla birgə mexanizm yaratmaq istəyindən irəli gəlir. Lakin ABŞ administrasiyası bu plana qəti şəkildə qarşı çıxır və boğazın nəzarətinin heç bir ölkəyə verilməyəcəyini və beynəlxalq sərbəst keçid qaydalarına riayət ediləcəyini bildirir.
Tahir TAĞIYEV