Cümə axşamı günü, 28 may 2026
     

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

x x x

Sonra dövlətimizin başçısı kənd sakini Akif Qəhrəmanovun evində oldu.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Kişi sakin: Xoş gəlmisiniz. Keçin.

Prezident İlham Əliyev: Necədir ev şəraitiniz?

Kişi sakin: Ana, cənab Prezident gəlib, gəl.

Prezident İlham Əliyev: Salaməleyküm.

Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.

Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.

Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Neçə gündür qayıtmısınız?

Sakin: Üç gündür buradayıq.

Ağbirçək qadın: Üç gündə yığışmışıq, rahatlaşmışıq. Gözəl havası var, gözəl suyu var. Qadan alım Sənin. Sən bizi gətirib çıxartdın bu torpağımıza, Səni Allah üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Birinci növbədə bura doğma vətəndir, vətən torpağıdır. İkinci tərəfdən də bura kurort zonasıdır. Təmiz havası, suyu, meşələr, dağlar.

Ağbirçək qadın: Elə iki gecənin rahatlığı, o iki gecənin rahatlığı.

Kişi sakin: Bakıda adam belə təzyiq... Buraya gələndə deyir çox rahatam.

Prezident İlham Əliyev: Burada o təzyiq olmamalıdır. Burada heç bir xəstəlik olmamalıdır.

Ağbirçək qadın: Sənin hesabınadır hamısı.

Prezident İlham Əliyev: Buranın bir havası özü də dərmandır.

Ağbirçək qadın: Gözəl. Buradan görürsən nə gözəldir.

Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır. Baxanda adamın gözünü oxşayır.

Ağbirçək qadın: Adamın ürəyi açılır.

Prezident İlham Əliyev: İşğal dövründə necə idi yaşayışınız?

Kişi sakin: İşğal dövrü çətinliklərimiz çox oldu.

Prezident İlham Əliyev: Bakıda yerləşmişdiniz?

Kişi sakin: Sumqayıt, Bakı. Amma Allaha şükür, gəldik, çıxdıq.

Prezident İlham Əliyev: Artıq o dövr qaldı arxada, getdi.

Kişi sakin: Şükür Allaha, bəli, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Burada nə ilə məşğul olacaqsınız?

Kişi sakin: Mən hazırda elə Şuşada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işçisiyəm.

Prezident İlham Əliyev: Lap yaxşı.

Kişi sakin: Bəli. İndi yəqin ki, ola bilsin, buraya da ehtiyac olacaq, elə burada işləyəcəyəm.

Prezident İlham Əliyev: Buraya Laçın da yaxındır, Şuşa da yaxındır.

Ağbirçək qadın: Yəni ortalıqdır, hər tərəfə yaxındır.

Prezident İlham Əliyev: Yol da çəkilir, görmüsünüz, genişləndirilir.

Kişi sakin: Çox gözəl.

Prezident İlham Əliyev: İndi Turşsu da tikilir. Yəni qonşuluqda da kəndlər bərpa edilir.

Kişi sakin: Allah qoysa.

Prezident İlham Əliyev: Darıxmayacaqsınız burada.

Ağbirçək qadın: Turşsuda mənim evim nağdı var, yoxdur, bilmirəm. Amma bağım, ağaclarım durur.

Prezident İlham Əliyev: Hə, onda gərək bağı bərpa edəsiniz.

Ağbirçək qadın: Bağım, bağçam durur.

Prezident İlham Əliyev: Turşsu nə vaxt hazır olacaq?

Məsul şəxs: Gələn il.

Prezident İlham Əliyev: Gələn il. Orada da indi keçmiş köçkünlər üçün evlər tikilir. Amma bağ eviniz olubsa, gərək oraya - o bağa gedəsiniz, dincələsiniz.

Ağbirçək qadın: Sizin hesabınızadır.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm sizi.

Sakinlər: Çox sağ olun, əskik olmayın.

Prezident İlham Əliyev: Sağ olun, xoşbəxt yaşayın.

Sakinlər: Çox sağ olun.

X X X

Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: İlk növbədə, sizi bayramlar münasibətilə təbrik edirəm - həm Qurban bayramı, həm Müstəqillik. Siz həm Müstəqillik, həm Qurban bayramlarını doğma Qarabağ torpağında qeyd edirsiniz. Bu, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir.

Qadın sakin: Şərəfdir bizim üçün, şərəfdir.

Prezident İlham Əliyev: Bəli. Burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında.

Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır.

Bax, 1991-ci ilin oktyabrında müstəqillik əldə ediləndə o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax, bu gözəl kəndi Ermənistana, demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. Ovaxtkı hakimiyyət hakimiyyətdə qalmaq istəyirdi. Hakimiyyətə can atan AXC-Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təxribat nəticəsində bu gözəl diyarımız Ermənistana verildi ki, yenidən Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonrakı dövr də sizin yadınızdadır: vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi. Şuşa, Laçın işğal ediləndən sonra bu kənd də işğal olunub. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və əfsuslar olsun ki, ondan sonra işğal 30 il davam etmişdir.

Biz güc yığırdıq, güc toplayırdıq - həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə. Hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim Şanlı Zəfərimiz. Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur.

Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi.

Kişi sakin: Bəli, “dəmir yumruğa” inanırdıq.

Prezident İlham Əliyev: “Dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.

Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.

Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın.

Kişi sakin: Cənab Prezident, oradan baxırlar bizə, peşmandırlar ki, bir vaxt biz baxırdıq. İndi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şey də gözəl. Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın.

Kişi sakin: Allah Sizə dəyməsin. Xoş gəlmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Gəlin, şəkil çəkdirək birlikdə, burada, bu gözəl mənzərədə.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Sakinlər: Allah Sizi var eləsin.

Qadın sakin: Bugünkü Qurban bayramı münasibətilə, müstəqilliyimiz münasibətilə təbrik edirəm. Bu gün bu gözəl torpaqda o gözəl vaxtınızı sərf edib bu vətəndaşlarla görüşdüyünüz üçün Sizə “Çox sağ olun!” deyirəm. Bu Qaladərəsi sakinləri adından Sizə “Çox sağ olun!” deyirəm. Bizim salamlarımızı hörmətli Mehriban xanıma çatdırmağınızı istəyirəm. Çox sağ olun, çox sağ olun ki, bu gözəl Vətəndə, bu torpaqda bizimlə görüşdünüz. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə cansağlığı, uzun ömür arzulayıram. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq.

Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm.

Kişi sakin: Allah dövlətimizi qorusun, Sizi qorusun.

Prezident İlham Əliyev: Amma bizim Qələbə elə mütləq Qələbə idi ki, burada artıq şəkk-şübhə qalmadı. Bayrağımız da Şuşada, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu. Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir.

Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab-əziyyət içində yaşamısınız, bundan sonra ancaq xoşbəxt həyat olmalıdır.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

SON XƏBƏRLƏR

28.05.2026 / 15:36
Putinin illər əvvələ aid görüntüləri ortaya çıxdı - VİDEO

28.05.2026 / 15:10
Prezident: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"

28.05.2026 / 15:06
"Müstəqillik Günü hər birimiz üçün çox əzizdir" - Prezident

28.05.2026 / 15:04
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"

28.05.2026 / 15:01
"Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir" - Prezident

28.05.2026 / 14:32
Rusiya Azərbaycan ərazisindən Ermənistana karbamid və un göndərdi

28.05.2026 / 14:23
Prezident Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO

28.05.2026 / 14:15
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verildi - FOTO

28.05.2026 / 14:05
Salyanda çətənə yetişdirən şəxs həbs edildi

28.05.2026 / 13:40
Prezident Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub - FOTO

28.05.2026 / 13:33
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO

28.05.2026 / 13:30
Tramp seçki öncəsi Paşinyanı açıq şəkildə dəstəklədi

28.05.2026 / 13:25
ABŞ Rusiyanı Ermənistanda sürətlə sıxışdırır

28.05.2026 / 13:18
Trampın Sülh Şurası fonduna hələ bircə dollar da yatırılmayıb…

28.05.2026 / 13:00
Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı oldu - FOTO

28.05.2026 / 12:35
Aleksandr Stubb Prezident İlham Əliyevə məktub ünvanlayıb

28.05.2026 / 12:30
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO/YENİLƏNDİ

28.05.2026 / 11:52
Kılıçdaroğlu yarım saatlıq müsahibəsində 12 dəfə "Bilmirəm" dedi…

28.05.2026 / 11:31
Kallas AB nümayəndəsi ilə Ukrayna müzakirəsi təklifini Rusiya tələsi adlandırdı

28.05.2026 / 11:29
Paşinyan paradda ölkəsinin silah ala bilməməsinin “niyə”sini açdı - “Çünki əmin idilər ki…”

28.05.2026 / 11:26
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb

28.05.2026 / 10:34
Tramp Hörmüz boğazına görə bu dəfə də Omanı təhdid etdi – vuracağıq...

28.05.2026 / 10:18
İrandan Bəndər Abbasa hücuma sərt cavab – Küveytdəki ABŞ bazasına zərbə endirildi...

28.05.2026 / 10:03
Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi...

28.05.2026 / 09:39
Tramp İranda rejim dəyişikliyi etdiyini bildirir

28.05.2026 / 09:34
ABŞ Fars Körfəzi Boğazı Administrasiyasına sanksiya tətbiq edib

28.05.2026 / 09:31
Fransa və Norveç qarşılıqlı müdafiə sazişi imzaladı

28.05.2026 / 09:21
Media: Avropa ölkələrində ukraynalı qaçqınlara dəstək sürətlə azalır

28.05.2026 / 09:19
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib

28.05.2026 / 00:08
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir

27.05.2026 / 22:27
"TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir" - Rubio

27.05.2026 / 22:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib

27.05.2026 / 21:53
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

27.05.2026 / 20:56
Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası TƏQDİM OLUNDU

27.05.2026 / 20:18
Tramp Kubaya hərbi müdaxilə əmri verdi – bölgəyə təyyarə gəmisi göndərildi, hücum tarixi də açıqlandı...

27.05.2026 / 19:40
Rusiya Azərbaycan üzərindən Ermənistana karbamid və un göndərəcək...

27.05.2026 / 19:22
İranla ABŞ arasında 14 maddəlik tarixi razılaşma - Hörmüz əvvəlki vəziyyətinə qayıdır, blokada ləğv edilir...

27.05.2026 / 19:08
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi

27.05.2026 / 18:32
Kənd təsərrüfatında yeni mərhələnin konturları

27.05.2026 / 18:10
Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə ölkə çempionatı keçirildi - FOTO

27.05.2026 / 17:31
Rusiya ilə Ermənistan arasında gərginlik pik həddə... İrəvana rəsmi xəbərdarlıq edildi - bütün güzəştlər ləğv ediləcək...

27.05.2026 / 16:46
Hacıqabulda qohumunun evini soyan şəxs saxlandı

27.05.2026 / 15:58
Astarada əməliyyat - külli miqdarda narkotik ələ keçirildi

27.05.2026 / 15:16
İranın ABŞ-ın son hücumlarına niyə cavab vermədiyi məlum oldu - Dohada 24 milyardlıq gizli razılaşma...

27.05.2026 / 14:58
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

27.05.2026 / 14:44
Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib

27.05.2026 / 13:50
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜATLAR...

27.05.2026 / 13:23
Yaponiya Xəzər dənizinin xilasına tələsir

27.05.2026 / 13:09
Ağsuda silsilə oğurluqlar edən şəxs həbs olundu

27.05.2026 / 12:33
Azərbaycanda biznes üçün vahid maliyyə platforması yaradılacaq

27.05.2026 / 11:51
Uçuş aparatı ilə ölkəyə 47 kq narkotik geçirənlər yaxalandı - VİDEO

27.05.2026 / 11:36
ABŞ səfirliyi Qurban Azərbaycan xalqını təbrik etdi

27.05.2026 / 11:19
İranlı ekspert: “Hücum ehtimalı olarsa, nüvə silahı əldə etməliyik”

27.05.2026 / 10:42
Məscidlərdə bayram namazı qılındı

27.05.2026 / 09:55
İrandan ABŞ-a yeni müharibə xəbərdarlığı - cavabımız regiondan kənara çıxacaq...

27.05.2026 / 09:21
ABŞ Lvarovun müavininin viza tələbini rədd etdi...

27.05.2026 / 09:06
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

27.05.2026 / 09:02
WSJ: “Tehran danışıqları davam etdirmək üçün hücumları görməzdən gəlib”-iddia...

27.05.2026 / 09:00
ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

27.05.2026 / 08:52
İran Xəzərin hüquqi statusu haqqında konvensiya ilə bağlı qanun layihəsi hazırlayıb

27.05.2026 / 08:12
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının debatında çıxış edib - FOTO

27.05.2026 / 08:05
Bu gün Azərbaycanda Qurban bayramıdır

26.05.2026 / 23:41
Rusiya Zelenskinin ofisi və Radanın hədəfdə olmadığını açıqladı...

26.05.2026 / 22:26
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı - FOTO

26.05.2026 / 22:15
Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib (FOTO)

26.05.2026 / 22:07
Problemi Prezident açdı -"Sahibkarlar aqrar sektora sərmayə yatırmır"...

26.05.2026 / 21:38
Rusiya qazı kəsir, alternativ qaz mənbəyi “Domokl” kimi Ermənistanın başının üstünü kəsdi...

26.05.2026 / 21:24
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu

26.05.2026 / 21:14
Türkiyədə “Ana müxalifətsizlik dövrü” başladımı...

26.05.2026 / 20:56
Vüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir

26.05.2026 / 20:53
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO

26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

26.05.2026 / 19:56
Vuçiç Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 19:55
Mahmud Abbas Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 19:38
ABŞ-la İran arasında vasitəçilik Pakistandan Qətərə keçdi...

26.05.2026 / 19:10
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

26.05.2026 / 18:41
Adambaşına ət istehlakının artması nə deməkdir? - Prezidentin hüzurunda nazirin mesajını birlikdə oxuyaq...

26.05.2026 / 18:38
İspaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib

26.05.2026 / 18:35
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO

26.05.2026 / 18:17
Makrondan Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

26.05.2026 / 18:03
Tramp Prezident İlham Əliyevi təbrik etdi

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ