"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində “Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...” başlığı ilə maraqlı paylaşım edib.
Paylaşımda deyilir:
Necə də yaxşı olar ki, bu ideyanı praktik HƏRƏKATA çevirə bilək...
Azərbaycanın 21-ci əsrdə ŞƏHƏRDƏN KƏNDƏ DÖNÜŞ HƏRƏKATI...
Kəndlərin zəifləməsinin, boşalmasının, aqrar istehsalın azalmasının qarşısını almaq üçün bundan qısa və səmərəli yol yoxdur...
İndi oğullar lazımdır ki, Prezidentin ideyasının real hərəkata çevrilməsini gerçək edəcək konsepsiyalarını ortaya qoysunlar...
Heç kimin qolundan tutub "sən bundan sonra kənddə yaşamalısan" deyə məhkum etmək olmaz...
Bu işin iqtisadi, sosial, mədəni və humanitar mexanizmlərini işləmək lazımdır...
Tahir TAĞIYEV