İranla bağlı Truth Social vasitəsilə açıqlama yayan ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında dəniz minalarının təmizlənməsi məsələsinə də toxunaraq, bildirib ki, bölgədəki potensial minalar məhv edilməlidir.
Tramp ABŞ-ın əvvəllər bəzi minaları sualtı əməliyyatlar vasitəsilə zərərsizləşdirdiyini deyib. O, həmçinin Hörmüz boğazında gəmilərin keçidinə təsir edən "dəniz blokadası"nın aradan qaldırıldığını və gəmilərin artıq öz ölkələrinə qayıtma prosesinə başlaya biləcəyini deyib.
Tramp İranla bağlı son qərarı vermək üçün iclas otağında toplantıya getdiyini deyib.
Tahir TAĞIYEV