İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı razılaşma layihəsinin mətni son günlərdə dəyişikliklərə məruz qalıb və hələlik yekunlaşdırılmayıb.
Bu barədə Tasnim Xəbər Agentliyinin mənbəyə istinadən verdiyi məlumatda deyilir.
Mənbənin sözlərinə görə, mətn hələ təsdiqlənməyib və bu səbəbdən Qərb mediasının razılaşmanın ilkin versiyası kimi dərc etdiyi mətnlər hələ də qeyri-dəqiqdir. Mənbə izah edib ki, "Memorandumun mətni son bir neçə gündə bəzi dəyişikliklərə məruz qalıb".
Axios isə daha öncə bildirmişdi ki, Amerika və İran nümayəndələri ABŞ prezidenti Donald Trampın təsdiqini gözləyən anlaşma memorandumunun layihəsi üzərində razılığa gəliblər. Mənbənin sözlərinə görə, razılaşma atəşkəsin uzadılmasını və İranın nüvə proqramı üzrə danışıqların başlanmasını nəzərdə tutur.
SAMİRƏ