Rumıniya Prezidenti Nikusor Dan Rusiyanın Konstansadakı baş konsulunun persona non qrata elan edildiyini və konsulluğun bağlanacağını bildirib. Bu barədə RİA Novosti xəbər verir. Cümə günü Rumıniya Müdafiə Nazirliyi pilotsuz təyyarənin Qalatidə bir evin damına dəydiyini və iki nəfərin yaralandığını bildirmişdi. Hakimiyyət orqanları hadisəyə görə Rusiyanı günahlandırsa da, heç bir dəlil təqdim edilməyib. Rumıniya hərbçiləri radar sistemləri ilə izləsələr də, pilotsuz təyyarəni tutmayıblar. "Konstansadakı Rusiya Baş konsulu persona non qrata elan edilib və konsulluq bağlanacaq", - prezident Dan Ali Milli Müdafiə Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın digər ölkələrin hava məkanını pozması iddialarını şərh edərkən bu açıqlamaları boş və əsassız adlandırıb.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiyanın Rumıniyadakı Baş Konsulluğunun bağlanması və Baş Konsul Andrey Kosilinin arzuolunmaz şəxs elan edilməsi ilə bağlı cavab tədbirləri özünü çox gözlətməyəcək.
SAMİRƏ