şənbə günü, 21 noyabr 2026
     

Bütün yaş qrupları üçün ideal ailəvi səyahət ünvanı - Türkiyə

Image


Müasir turizmdə yeni bir dalğa yüksəlir — çoxnəsilli ailəvi səyahətlər. 2026-cı ilin məlumatlarına görə, istirahətə çıxanların 31 faizi ailə üzvləri ilə, çox vaxt bir neçə nəsli əhatə edən səfərlər planlaşdırır. Bu tendensiya xüsusilə gənclər arasında güclüdür: Z nəslinin 51 faizi valideynləri ilə birlikdə səyahət etdiyini bildirir. Sorğuya qatılanların böyük əksəriyyəti — 59 və 29 faizi bu səfərlərin əsas üstünlüyü kimi məhz səmimi bağların qurulmasını qeyd edir.
Belə səyahətlər üçün Türkiyə özünəməxsus bir cazibə mərkəzidir. Birbaşa uçuşların bolluğu, ilboyu davam edən mülayim iqlim, hər büdcəyə uyğun yerləşmə seçimləri və hər yaşa uyğun fəaliyyətlər bu ölkəni ailələr üçün əlçatan və çoxşaxəli bir ünvana çevirir.

Türk Rivyerasının incisi Antalya, ailəvi tətil deyildikdə ilk ağla gələn şəhərlərdən biridir. Şəhər mərkəzindən cəmi 20 dəqiqəlik məsafədə yerləşən Belek isə bu coğrafiyanın ən parlaq nöqtələrindən birini təşkil edir.

Belek peşəkar qolf sahələri, yüksək xidmət standartlarına malik otellər, uşaqlar üçün xüsusi hazırlanmış klublar və uzanan qumlu çimərliklərlə seçilir. İldə təxminən 300 günəşli gün bu bölgəni demək olar ki, 10 ay boyunca aktiv istirahət üçün əlverişli edir. The Land of Legends əyləncə kompleksi isə kiçik yaşlı uşaqlara ayrıca bir dünya açır.

Amma Belek yalnız müasir infrastrukturla deyil, tarixi dərinliyi ilə də sərgiləyir özünü. Yaxınlıqdakı Side, Aspendos və Perge qədim şəhərləri tarix həvəskarlarını əsrlər öncəsinə aparır. Manavgat və Kurşunlu şəlalələri isə təbiətsevərlərə unudulmaz mənzərələr bəxş edir. Köprülü Kanyonda rafting isə macəra axtaranlar üçün əla seçimdir.

Qədim Perge şəhəri

Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhər – Perge
Günün sonunda isə masa Antalya mətbəxinin dadları ilə bəzənir: mövsümi dəniz məhsulları, tahin sousu ilə hazırlanan piyaz salatı və yerli üzüm sortlarından istehsal olunan ağ şərablar.

Şimali Egey sahillərindəki Çanakkale ən azı 5 min illik tarixə malik Troy şəhəri ilə dünyaya tanınır. UNESCO siyahısına daxil olan bu arxeoloji məkan on fərqli mədəni təbəqədən ibarətdir və Troy Muzeyi vasitəsilə keçmişi bu günə bağlayır.

Troya atı

Troya atı / Foto: kulturportali.gov.tr
Bölgənin marşrutları yalnız tarixlə məhdudlaşmır. Kaz Dağlarında təmiz havada yürüş, Assos şəhərinin qədim küçələrini gəzmək, Yeşilyurt və Adatepe kimi sakit kəndlərdə nəfəs almaq — bunların hər biri ayrıca bir təcrübədir. Dalğıclıq, velosiped turları və üzümçülük ənənəsinə əsaslanan şərab marşrutu isə ailəni müxtəlif maraqlar ətrafında bir araya gətirir.

İzmirə yaxın Urla isə butik istirahətin ünvanına çevrilib. Daş evləri ilə tanınan İskele məhəlləsi, sənətkarlar küçəsi, qədim Klazomenai xarabaları və dünyanın ilk zeytun yağı istehsal mərkəzlərindən biri kimi qeydə alınmış bu bölgə zəngin bir mədəni qatı özündə saxlayır. Sahil xətti üzrə su idman növləri, yerli təsərrüfatlara ekskursiyalar və MICHELIN ulduzlu restoranlarda şam yeməyi — Urla ailəni həm öyrədir, həm əyləndirir, həm də birləşdirir. Yaxınlıqdakı Efes qədim şəhəri, xüsusilə Kelsus Kitabxanası, bu bölgəni ziyarətin tacına çevirir.

İstanbuldan iki saatlıq məsafədə yerləşən Bursa, tarixin, təbiətin və qaynar bir mətbəxin kəsişdiyi nöqtədir. Osmanlı imperiyasının ilk paytaxtı bu il fəthinin 700 illiyini qeyd edir. Bu tarixi an Bursanı kəşf etmək üçün xüsusi bir fürsət yaradır.

Bursa, Türkiyə

Ulu Cami, Koza Han, üzərindəki bazarı ilə nadir bazarlı körpülər — bunlar şəhərin vizit kartlarıdır. Uludağa kanat yolu ilə qalxmaq gənclər üçün macəraya çevrilir; UNESCO siyahısındakı Cumalıkızık kəndini gəzmək isə ailənin böyüklərinə köklərə qayıdışı xatırladır. Burada qorunmuş Osmanlı evlərini görmək və ənənəvi türk səhər yeməyinin ləzzətini hiss etmək mümkündür.

Şəhərin termal suları, xüsusilə tarixi hamamlar, yaşlı qonaqlar üçün əvəzsiz istirahət mənbəyidir. Yaxınlıqdakı İznik isə tarixi məkanları — Ayasofiya Məscidi və çini emalatxanaları ilə Osmanlı irsini yaşadır. İznik gölündə kanoe ilə gəzintilər isə ailənin kiçiklərinə ayrıca bir sevinc bəxş edir.

Türkiyə geniş coğrafiyası, zəngin tarixi və rəngarəng mətbəxi ilə çoxnəsilli ailələrə eyni bir marşrutda fərqli dünyalar yaşatmağı bacaran nadir ünvanlardandır. Burada hər yaş öz hekayəsini tapır və bu hekayələr birləşib ümumi bir xatirəyə çevrilir.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ