Əbu-Dabidə yerləşən və müstəqil beyin mərkəzi olan FARAS-ın münaqişənin regiona təsiri ilə bağlı hesabatında deyilir ki, Ermənistan Cənubi Qafqaz ölkələri arasında İranla müharibənin nəticələrinə ən həssas və zəif ölkə olduğunu sübut edib. Mərkəz qeyd edir ki, Ermənistan ticarətinin təxminən 25%-i əsasən Bəndər Abbas limanından, yəni İrandan keçir. Bununla belə, praktik olaraq alternativ yollar yoxdur: şərqdə Azərbaycanla, qərbdə isə Türkiyə ilə sərhəd bağlı qalır.
Ticarətdən başqa, münaqişə enerji dəhlizləri, sərhəd təhlükəsizliyi və potensial miqrasiya axınları üçün risk yaradır. Eyni zamanda, FARAS qeyd edir ki, müharibə Ermənistan üçün müsbət prosesləri sürətləndirə bilər. Analitiklərin fikrincə, regional qeyri-sabitlik təhlükəsi İrəvan və Bakını yekun razılaşmaya və sərhədlərin açılmasına, Ankaranı isə Ermənistanla münasibətlərin tam normallaşmasına doğru itələyəcək. Azərbaycan Türkiyə üçün əsas stimul Ermənistan ərazisindən keçən "Tramp yolu"dur (TRIPP): o, enerji, nəqliyyat və rəqəmsal şəbəkələrə inteqrasiya vəd edir və bu ölkələri regional mərkəzə çevirə bilər. FARAS-ın məlumatına görə, dəhliz Ermənistanın özü üçün Türkiyə və Azərbaycan vasitəsilə beynəlxalq iqtisadi şəbəkələrə çıxış imkanı yaradır və hər iki tərəfdə bağlı sərhədlərin yaratdığı illərlə davam edən təcridə son qoya bilər.
Samirə SƏFƏROVA