ABŞ-ın İran limanlarını blokadaya almaq üçün bölgəyə 15-dən çox hərbi gəmi göndərib.
“American Wall Street Journal” qəzetinə açıqlama verən bir ABŞ rəsmisi sözügedən gəmilərin öz missiyalarına başladığını bildirib. Qeyd olunur ki, ABŞ ordusu İran limanlarının blokadasını həyata keçirmək üçün müvafiq yerlərə 15-dən çox hərbi gəmi yerləşdirib.
ABŞ prezidenti Donald Tramp Pakistanda İranla uğursuz danışıqlardan sonra Hörmüz boğazının blokadası prosesinə başlayacaqlarını açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə 13 aprel tarixində saat 18:00-da İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.
Tahir TAĞIYEV