Cümə günü, 26 iyun 2026
     

Cəfər Cəfərovun yaradıcılığında Azərbaycan dilçiliyinin problemləri

Image


Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan dilçilik elminə beynəlxalq miqyasda böyük nüfuz qazandıran, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunur. Görkəmli alim çoxşaxəli elmi yaradıcılığında dilçiliyin aktual problemlərini tədqiq etmiş və onun tədrisində böyük xidmətləri vardır. C. Cəfərov " Nitq hissələrində keçid prosesləri" (1983), "Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri" (2000)", "Nitq hissələrində keçid prosesləri və konversiya" (2009), "Müasir Azərbaycan dili" monoqrafiyalarının və "Müasir Azərbaycan dilinin morfologiyası", "Linqivistik təhlil nümunələri" kimi bir sıra dərsliklərin müəllifidir. Bu əsərlərdə Azərbaycan dilçiliyində ən aktual məsələlər, mürəkkəb və mübahisəli problemlər, anlayışlar sisteminin kateqorial əlamətlərinin elmi əsasları müəyyənləşdirilmişdir. Onun əsərlərində müasir Azərbaycan ədəbi dilində leksikologiya, semasiologiya, morfologiya, derivatologiya və başqa sahələrlə bağlı nəzəri fikirləri elmi əhəmiyyəti ilə seçilir.

Professor Cəfər Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini morfologiyanın aktual məsələlərinin tədqiqi təşkil edilir. Azərbaycan dilçiliyində qrammatik kateqoriya kimi Müasir Azərbaycan ədəbi dilində inkarlıq və onun ifadə vasitələri C.Cəfərov tərəfindən ilk dəfə tədqiq edilmişdir. Bu tədqiqatda inkarlıq anlayışı, onun xüsusiyyətləri və məntiqi inkarlıq ilə qrammatik inkarlıq kateqoriyasının əlamətləri müəyyənləşdirilir. İnkarlıq anlayışının təfəkkürə, dilə, məntiqə və qrammatikaya aid olan münasibətlərindən bəhs edilır. Bununla yanaşı inkarlığın tədqiqi tarixi həm Azərbaycan həm də türkologiyada geniş şəkildə şərh edilmişdir. Kazım bəydən başlayaraq müasir dövrümüzə qədər Azərbaycan dilinə aid nəşr edilmiş əsərlərdə, eyni zamanda istər ümumi, istərsə də xüsusi olaraq bu məsələyə həsr edilmiş müasir dilçilik əsərlərində inkarlığın necə əks edilməsi şərh edilmişdir. Xüsusilə, A.Samoylovin, V.A.Qardilovskinin, Jan Deninin, A.N.Kononovun türk dillərinin qrammatikasına aid yazdıqları əsərlərdə, N.K.Dmitriyevin "Başqırd dili" qrammatikasında, N.P.Direnkovanın "Oyrot dili" qrammatikasında, N. Baskakovun "Qaraqalpaq dili" qrammatikasında inkarlığın necə əks olunması və dildə ifadəsi təhlil olunmuşdur. İnkarlığın ifadə vasitələrinin leksik xüsusiyyətləri, işlənmə dairəsi, ifadə etdikləri inkarlıq mənalarının əlamətləri, üslubi vəzifələri, eləcə də ayrı-ayrı sözlər vasitəsi ilə ifadəsi və etimologiyası haqqında nəzəri fikirlər öz əksini tapmışdır. Tədqiqatda tarixi müqayisəli üsuldan istifadə edilməklə leksik vasitələrin türk dillərində, həmçinin qədim dil abidələrində məna xüsusiyyətləri müəyyənləşdirilmişdir. Müasir Azərbaycan ədəbi dilində inkarlığın morfoloji-sözdüzəldici və formadüzəldici vasitələri, eyni zamanda sırf leksik məna əmələ gətirən inkarlıqdan geniş şəkildə bəhs edir. Azərbaycan dilində -ma,-mə ilə düzələn feilin inkarlıq kateqoriyası, eləcə də sözün mənasında inkarlıq əmələ gətirən -sı, -si, -su şəkilçisinin əsas xüsusiyyətləri və daşıdığı funksiya təyin edilir. –Ma, - mə ilə düzələn inkarlıq kateqoriyasının feilin başqa kateqoriyalarında zaman, şəkil, feili sifət, feili bağlama və s. tutduğu mövqe, əmələ gətirdiyi məna xüsusiyyətləri müəyyənləşdirilir.

Ümumiyyətlə, tədqiqatda inkarlığın xüsusiyyətləri adı altında onun ekspressiv və kinayəli şəkildə ifadəsində və üslubi semantik mənalarında qüvvətləndirilməsində inkarın inkarında dilimizə xas olan əsas cəhətlər təhlil edilir. Ə.Dəmirçizadənin qeyd etdiyi kimi C.Cəfərov inkarlığın ifadə vasitələri məsələsinə dair yalnız türkoloji ədəbiyyatda verilən məlumatla kifayətlənməmiş məntiqdə, ümumi dilçilikdə bu məsələnin şərh formalarına əsaslanaraq yeni müstəvidə tədqiqat aparmışdır. Xüsusilə, inkarlığın daha təsirli ifadəsi və bunun müxtəlif üsulları – ikiqat inkarlıq, üç qat inkarlıq, inkarın inkarı kimi məsələlərə aydınlıq gətirmişdir. Müasir ədəbi dilin əsas üslublarını nəzərə almış və müxtəlif üslublarda bu vasitələrin istifadə edildiyini nümunələrlə əsaslandırmışdır.

Professor C.Cəfərovun elmi əsərlərində Azərbaycan dilçiliyində morfologiyanın bir sıra mühüm problemləri öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dilinin morfologiyasında mühüm elmi əhəmiyyətə malik olan aktual məsələlərdən biri olan nitq hissələri, onlar arasında qarşılıqlı qanunauyğunluqlar linqvistik aspektdə ilk dəfə professor Cəfər Cəfərovun tədqiqatlarında araşdırılmışdır. Nitq hissələri ilə bağlı faktların dərindən təhlil edilməsi, onların məntiqi cəhətdən ümumiləşdirilməsi dilçilikdə yeni elmi konsepsiyanın formalaşmasına səbəb olmuşdur. Feilin məna növlərinin lüğətdə verilməsi, inkarlığın ifadə vasitələri, tərkibində say olan mürəkkəb söz və birləşmələr, nitq hissələri və onların spesifik xüsusiyyətləri anlayışları və onunla bağlı mübahisəli problemlər həll olunmuşdur. Bununla yanaşı qrammatika və qrammatik quruluş, analitik və sintaktik yolla yaranan sözlər, sözün qrammatik formalarının yaranması, qrammatik mənaların ifadə formaları, nitq hissələrinin təsnifi prinsipləri, sözdüzəldici və forma düzəldici şəkilçilərin təsnifində linqvistik meyarlar ilk dəfə alimin tədqiqatlarında müəyyənləşdirilmişdir.

Nitq hissələrində keçid prosesi və konversiya yeni metodoloji prinsip əsasında C.Cəfərovun yaradıcılığında araşdırılmış və Azərbaycan dilçiliyində bu sahə ilə bağlı elmin konsepsiyanın yaradılması alimin adı ilə bağlıdır. Onun doktorluq dissertasiyasında eləcə də nitq hissələrində keçid prosesi və konversiya adlı fundamental monoqrafiyasında mühüm nəzəri məsələlər öz həllini tapmışdır. Azərbaycan dilində nitq hissələrində keçid prosesləri və dilin daxili inkişaf qanununa uyğun olaraq baş verən proseslər, leksik, morfoloji, sintaktik və semantik sistemlər arasındakı əlaqə, onların bir-birinə qarşılıqlı təsiri, o cümlədən də diaxronik və sinxronik inkişaf xüsusiyyətləri zəngin dil faktları ilə təhlil edilmişdir. Bununla da Azərbaycan dilçiliyində nitq hissələri və onların dialektik inkişafında keçid proseslərinin mahiyyəti, mərhələləri və növləri, söz və nitq hissəsi, nitq hissələrinin sərhədi, leksik və qrammatik omonimlik, nitq hissələrinin təsnifi dil hadisəsi kimi əsaslı faktlarla öz şərhini tapmışdır. Müəllif həm əsas, həm də köməkçi nitq hissələrinin təsnifində vahid kriteriyanı əsas götürərək, dilçilikdə olan mülahizələrə tənqidi münasibət bildirərək mübahisəli fikirləri aradan qaldırmaq üçün yeni müstəvidə dilçilik elminin müasir inkişaf fonunda nəzəri istiqamətdə sistemli şəkildə təhlil etmişdir. C.Cəfərov Azərbaycan dili qrammatikasında nitq hissələrini ümumi dilçiliyin prinsipləri əsasında zəngin dil arqumentlərinə əsaslanaraq onun linqvistik mahiyyətini dərin və professional elmi mühakimələrlə nəzəri və məntiqi cəhətdən yeni konsepsiya ilə təqdim etmişdir.

Tədqiqatda söz, nitq hissəsi anlayışının əsas əlamətləri müəyyənləşdirilmiş, onlar arasında qarşılıqlı əlaqələr təyin edilmişdir."Nitq hissələrində keçid prosesinin qoyuluşu", "Müstəqil nitq hissələrində keçid prosesləri" və "Köməkçi nitq hissələrində keçid prosesləri" və s. xüsusi elmi əhəmiyyət kəsb edən nəzəri problemlər tədqiqat əsərində zəngin dil materialları əsasında araşdırılmışdır. Morfologiyada ilk dəfə keçid prosesləri, substantivləşmə, adverbiallaşma, saylaşma, əvəzlikləşmə, nidalaşma, modallaşma, qoşmalaşma, bağlayıcılaşma və ədatlaşma kimi anlayışların mahiyyəti müəyyənləşdirilmişdir. Xüsusilə, keçid prosesində nitq hissələrinə məxsus sözlərdə baş verən leksik-qrammatik dəyişikliklər və həmçinin substantivləşmə, adyektivləşmə və verballaşma anlayışlarının mahiyyəti və baş verən hadisələrin qanunauyğunluqları elmi prinsiplər əsasında şərh olunmuşdur. Müəllif dilçilikdə keçid prosesləri adı altında sözdüzəldici şəkilçilərin iştirakı olmadan bir nitq hissəsinə məxsus sözlərin başqa nitq hissəsinin məna, vəzifəsini daşımasını və müxtəlif formalarda işlənməsini yəni, bir sözlə mövcud dil vahidləri ilə əlavə nominativ mənaların verilməsinin əsas xüsusiyyətlərini təyin etmişdir. Aydınlaşdırılır ki, sözlərin çoxmənalılıq funksiyasında olduğu kimi, keçid prosesində də sözlərin qazandığı mənalar onların əlavə nominativ mənada işlənməsi tələbatı ilə meydana çıxır. Lakin keçid prosesində sözlərin qazandığı mənalar çoxmənalıq prosesində ifadə edilən leksik mənalar səviyyəsində, leksik mənaların bir variantı kimi deyil, kateqorial- qrammatik səviyyədə nitq hissəsi anlayışı daxilində baş verir. Aparılan tədqiqatda həm əsas, həm də köməkçi nitq hissələrində keçid prosesləri araşdırılarkən vahid kriteriyə götürülmüş, onların hamısına eyni meyarla yanaşılmışdır. Ona görə də, əsərdə nitq hissələri ilə bağlı irəli sürülən nəzəriyyə bütün morfologiyanı, eləcə də sintaksis və leksikanı da əhatə edir. Müəllif morfologiya və sintaksisi, onlar arasında qarşılıqlı əlaqələri elmi məxəzlər əsasında inandırıcı məntiqlə şərh etmişdir.

C. Cəfərovun konversiya, başqa sözlə, nitq hissələrində keçid prosesi ilə bağlı uzunmüddətli araşdırmaları 2009-cu ildə çap etdirdiyi "Nitq hissələrində keçid prosesləri və konversiya" adlı monoqrafiyada öz əksini tapmışdır.

C.Cəfərovun tədqiqatlarında qrammatik formaların leksikləşməsi – izolyasiya əsasında onomastik vahidlərin yaranması, müasir Azərbaycan dilində əsli, nisbi və ismi sifət, feilin şəkil kateqoriyası, zaman və tərz münasibətləri, feilin mənaca növlərinin qrammatik və leksik xüsusiyyətləri və qrammatik kateqoriyaların xarakterik xüsusiyyətləri müəyyənləşdirilmişdir. Qrammatik məfhumların əlamətlərinin daimi olması mətndən xaricdə real formada xüsusiyyəti əsas götürülərək nitq hissələrinin əsas əlamətləri və daşıdığı funksiyalar zəngin dil faktları ilə araşdırılmışdır. Azərbaycan dilçiliyində müstəqil nitq hissələrindən biri olan sifətlər əsli, nisbi və ismi sifətlərə ayrılaraq onların lüğəvi məna qrupları müəyyənləşdirilmişdir. Azərbaycan dilində bir sıra düzəltmə sifətlər əlamət anlayışı saf şəkildə ifadə etdiklərinə görə əsli sifət hesab edilmiş, eləcə də əsli və nisbi sifətlərin dərəcələrə görə dəyişmə xüsusiyyətləri bir-birindən fərqləndirilmişdir.

Professor hərəkətlə bağlı olan və zərflik vəzifəsində işlənən əksər söz və söz birləşmələrinin zərf hesab edilməsi ilə bağlı qeyd edir ki, bəzi tədqiqatçılar dillərin morfoloji quruluşunun nitq hissəsi və cümlə üzvü arasındakı münasibəti söz və nitq hissəsinin arasındakı əlaqənin və onların çoxmənalılığının nəzərə almamışlar. Qeyd edir ki, maraqlı cəhət ondan ibarətdir ki, nitq hissələri ayrılıqda bir-birindən nə qədər fərqlənsələr də bir üzv vəzifəsində işlənərkən ümumi xüsusiyyətləri yəni, həmin üzvün təhkim olunduğu nitq hissəsi ilə ümumi cəhətləri nəzərə çarpır. Zərflik vəzifəsində işlənən zərf ayrılıqda nə qədər fərqlənirsə bu vəzifədə onları bir ümumi cəhət hərəkətlə bağlılıq və hərəkətin müəyyən xüsusiyyətlərini ifadə etmək xüsusiyyətləri birləşdirir. Qeyd edir ki, çünki nitq hissələri sırf qrammatik kateqoriya deyil, leksik-qrammatik kateqoriyadır. İsim, sifət və s. əsas mənaları əşya, əlamət, miqdar ilə bağlıdırsa, feillərdə hərəkətin məkanı, zamanı, tərzini ifadə edərkən bu məna əsasında zərflik vəzifəsində işlənmə yolları müəyyənləşdirilir. Bu nəticəyə gəlinir ki, zərflik vəzifəsində işlənən hər sözü zərf hesab etmək olmaz. Xüsusilə, zərflər haqqında uzunmüddətli tədqiqatları və apardığı təhlillər əsasında belə nəticəyə gəlir ki, Azərbaycan dilinin qrammatikasında hələ də birmənalı həllini tapmamış zərf bir nitq hissəsi kimi əşyanın və hərəkətin əlamətini bildirən sözlər, başqa sözlə, sifətlər və zərflər birləşdirilərək bir ad altında - əlamətlik adı altında nitq hissələri sırasına daxil edilsin. Dilçilikdə mürəkkəb nitq hissəsi anlayışını çox geniş şəkildə götürülməsinin səbəbləri və xüsusiyyətləri də müəyyənləşdirilmişdir.

Feilin qrammatik xüsusiyyətləri müəyyənləşdirilən zaman şəkil kateqoriyası və feilin formaları terminlərinə aydınlıq gətirilmişdir. Qeyd edilir ki, modallıq ümumi qrammatik kateqoriya kimi həm adlarda həm də feillərdə müxtəlif dil vasitələri ilə müxtəlif üsullarla ifadə olunur. Adlarda əsasən leksik yolla, feillərdə isə başlıca olaraq morfoloji yolla təzahür edir. Ona görə də bu kateqoriya qrammatik bir kateqoriya kimi əsasən feillərlə bağlıdır. Modallıqdan bəhs edərkən onun zaman kateqoriyası ilə münasibəti üzərində xüsusi dayanılır. Bu kateqoriyaların qarşılıqlı əlaqəsi ilə yanaşı fərqli cəhətlərin dəqiq müəyyənləşdirilməsi üçün onlar arasındakı sıx bağlılıq iki istiqamətdə təhlil edilir: 1. zaman kateqoriyasının şəkil kateqoriyasına daxil edilməsi; 2. onlar arasındakı fərqli cəhətlərin müəyyənləşib üzə çıxarılması. Bu aspektdən çıxış edərək feillərin şəkli kateqoriyası müəyyənləşdirilmişdir.

C.Cəfərovun yaradıcılığında istər məna, istər forma və daşıdığı funksiya ilə seçilən idi, imiş, isə hissələrinin işlənmə vəzifələri araşdırılmışdır. Əlbəttə, dilçilikdə bu barədə müxtəlif fikir ayrılıqları mövcuddur. Belə ki, bu sözlərin ədat, köməkçi feil, predikat ədatları, yarımçıq feil, bağlama adları kimi adlandırılması və dilçilikdə rolları məsələsinə aydınlıq gətirilmişdir. Tədqiqat prosesində bu sözlərin zamanla bağlılığı məsələsi əsas götürülərək uzaq keçmiş zaman, qəti-gələcəkli keçmiş zaman, bitməmiş keçmiş zaman anlayışlarına aydınlıq gətirilmişdir. Qeyd edilir ki, idi, imiş, isə əlamətləri həm zaman, həm şəkil və həm də tərz anlayışlarının ifadəsinə eyni dərəcədə xidmət edir. Bu xüsusiyyətlər nəzərə alınaraq qrammatik vasitələrdə həm keçmiş zaman növlərini yaradan, həm şəkil kateqoriyasının hekayə, rəvayət şərt formalarını əmələ gətirən və həm də bitmiş tərz anlayışları ifadə edən vasitələr kimi izah olunmuşdur.

C.Cəfərovun yaradıcılığında zaman və tərz münasibətlərinə dair fikirləri də elmiliyi ilə seçilir. Çünki zaman kateqoriyası tərzlə həm əmələgəlmə xüsusiyyətlərinə, həm də formalaşmasına görə sıx bağlıdır. Bunu nəzərə alan müəllif tərz və zaman arasındakı əlaqəyə iki cəhətdən yanaşır və zaman növlərinin tərz anlayışı əsasında izah olunması və tərzlə zaman anlayışlarının eyni formal əlamətlərlə ifadə olunması xüsusiyyətləri verilir. Bununla bağlı türkoloqların fikirləri təhlil olunaraq zaman, modallıq, tərz anlayışları bir-birindən fərqləndirilərək hər birinin müstəqil qrammatik kateqoriya olması əsaslandırılır.

Azərbaycan dilinin qrammatikasını dərindən tədqiq edən alimin bu sahə ilə bağlı fikirləri "Müasir Azərbaycan dilinin morfologiyası" (həmmüəlliflə; Bakı, 2004) əsərində daha geniş şəkildə əks olunmuşdur. Əsərdə qrammatika, qrammatik quruluş, morfologiya, sözün tərkibi və quruluşu, nitq hissələrinin təsnifi prinsipləri nəzəri aspektdə konkret şəkildə formal qrammatik əlamətlərlə şərh olunur. Əsərin sonunda morfoloji təhlilin aparılma qaydaları nümunələrlə izah olunur.

C.Cəfərovun elmi əsərləri Azərbaycan dilinin müxtəlif problemləri ilə bağlı boşluqları doldurmağa xidmət edir və irəli sürdüyü nəzəri fikirləri ilə yeni elmi konsepsiyaların əsasını qoymuşdur. Elmi əsərləri dilçiliyin ən aktual, mürəkkəb və mübahisəli problemlərinə həsr edilmiş, mübahisəli elmi fikirlərə aydınlıq gətirmiş, linqvistik anlayışlara obyektiv və prinsipial mövqedən yanaşaraq yeni müstəvidə onların təhlilini vermişdir. Dilçiliyin müxtəlif sahələrinə aid həsr etdiyi elmi əsərlərdə morfologiyanın əsasını təşkil edən problemlər linqvistik cəhətdən əhatəli şəkildə araşdırılmışdır. Onun tədqiqatlarında nitq hissələri ilə cümlə üzvləri arasında qarşılıqlı əlaqə linqvistik baxımdan geniş kontekstdən təhlil edilmiş və daşıdığı funksiyaları nəzəri aspektdən müəyyənləşdirmişdir.

Professor Cəfər Cəfərovun Azərbaycan dilçiliyinin müxtəlif sahələri ilə bağlı apardığı araşdırmalar onun 2016-cı ildə çap olunmuş "Müasir Azərbaycan dili" (leksikologiya, morfologiya, sintaksis məsələləri) əsərində öz əksini tapmışdır. Əsərdə Müasir Azərbaycan dilinin ayrı-ayrı sahələrində müşahidə olunan problemlərə öz baxış bucağından yanaşaraq mübahisə doğuran problemlərin həlli ilə bağlı əsaslandırılmış elmi konsepsiyasını ortaya qoymuşdur. Müasir Azərbaycan dilçiliyində onun onomastikaya, dialektologiyaya aid "Qərbi Azərbaycanın Əştərək rayonunun bəzi onomastik vahidlərinin linqvistik təhlili", "Hamamlı şivəsinə aid lüğət", "Hamamlı şivəsinin leksikasına dair terminə oxşar leksika" və s. əsərləri də çap olunmuşdur. Hamamlı kəndinin və bütövlükdə Qərbi Azərbaycanın erməni işğalına məruz qalması, Hamamlıda doğulub, boya-başa çatan insanların böyük əksəriyyətinin həyatdan köçməsi faktı həm lüğətin, həm də şivə leksikasının tədqiqi əhəmiyyətini artırir.

C.Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif sahələrlə bağlı tədqiqatlar aparmış, pedaqoji fəaliyyəti ilə yanaşı ana dilimizin çox mühüm elmi problemlərini tədqiq etmişdir. Zəngin və əhatəli yaradıcılıq erudisiyası ilə fərqlənən C.Cəfərov filologiyamızın müxtəlif nəzər məsələlərini araşdırmışdır. Bununla yanaşı peşəkar pedaqoq kimi fəaliyyət göstərdiyi dövrlərdə gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur. Onun elmi-pedaqoji fəaliyyəti əslində son dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti müəyyən dərəcədə onun təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. İstedadlı bir alim kimi öz məntiqi mühakimələri ilə auditoriyanı ələ ala bilən professional pedaqoq, çoxsaylı və nəzəri problemlərlə zəngin və əhatəli elmi yaradıcılığı, canlı elmi mülahizələri alim, müəllim şəxsiyyətinin təzahürüdür. Alim, ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətində bir sıra dərsliklərin müəllifi kimi müasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Ömrünün 72 ilini Azərbaycan təhsilinə, Azərbaycan dilçiliyinə, ana dilimizin inkişafına həsr etmiş görkəmli alim elmi yaradıcılıqla yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Müəllimlik, bilik və bacarığını gənc nəslə mənimsətmək onun əqidəsinin əsasını təşkil edir. Elmin inkişafında və pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı və 1912-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Professor Cəfər Cəfərovun dərin elmi təfəkkürü, pedaqoji ustalığı, yüksək insani keyfiyyətləri və keçirdiyi mənalı ömür yolu onu Azərbaycanın dilçi korifeyləri səviyyəsinə yüksəltmişdir. Filologiyamızın inkişafında mühüm xidmətləri olan fədakar elm xadimi, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Cəfər Cəfərovu 95 illik yubileyi münasibəti ilə onu təbrik edir və böyük uğurlar arzu edirik.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Terminologiya Komissiyasının sədr müavini, filologiya

elmləri doktoru, professor Sayalı Sadıqova



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərdoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatanın göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ