Tramp Çini İrana silah tədarük edəcəyi təqdirdə "böyük problemlərlə" hədələyib. CNN-in məlumatına görə, ABŞ kəşfiyyatı Çinin qarşıdakı həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri tədarük etməyə hazırlaşdığı qənaətinə gəlib. ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin İrana silah tədarük edərsə, "böyük problemlər" yaşayacaq. Telekanalın məsələ ilə bağlı sualına cavab olaraq Tramp Floridaya gedərkən deyib: "Əgər bunu edərsə, Çinin böyük problemləri olacaq".
SAMİRƏ