Fevralın 28-də ABŞ və İsrailin İrana hücuma başladıqdan altı həftə sonra ABŞ İranla iki həftəlik müvəqqəti atəşkəs razılaşmasının əldə edildiyini açıqladı.
Razılaşmadan sonra Hörmüz boğazının tam açılması gözlənilsə də, bu baş vermədi.
Onu da qeyd edək ki, ABŞ və İsrailin başlatdığı müharibədən sonra İran Hörmüz boğazını minalamışdı. Atəşkəsdən sonra da açılmayan boğazla bağlı yeni bir iddia ortaya atılıb.
“The New York Times” qəzeti yazır ki, adları açıqlanmayan ABŞ rəsmiləri İranın Hörmüz boğazında yerləşdirdiyi minaların yerini tapa bilmədiyi üçün boğazı daha çox gəmi trafikinə aça bilmədiyini iddia ediblər.
Rəsmilər həmçinin iddia ediblər ki, İranın yerləşdirdiyi minaları təmizləmək imkanları yoxdur.
İran tərəfindən quraşdırılmış hər bir minanın yerinin qeydə alınıb-alınmadığının qeyri-müəyyən olduğu bildirilir və yerlər qeydə alınsa belə, bəzi minaların sürüşməyə və ya yerdəyişməyə imkan verəcək şəkildə yerləşdirildiyi irəli sürülüb.
Tahir TAĞIYEV