ABŞ-İsrail-İsrail münaqişəsi zamanı səssiz qalan və yalnız atəşkəsdəki rolu ilə tanınan Çinlə bağlı bir iddia ortaya atılıb. “The New York Times” qəzetinin məlumatına görə, ABŞ kəşfiyyat orqanları Çinin ABŞ-İsrail-İran münaqişəsindəki rolunu artırmış ola biləcəyindən şübhələnir.
Adları çəkilməyən ABŞ rəsmiləri iddia ediblər ki, kəşfiyyat məlumatları Çinin müəyyən şirkətlər vasitəsilə İrana hərbi istehsalda istifadə edilə biləcək kimyəvi maddələrin, yanacağın və komponentlərin göndərilməsinə göz yummaqla müharibədə gizli rol oynadığını göstərir.
Rəsmilər Çinin uzun müddətdir ki, İrana birbaşa hərbi texnika göndərməkdə ehtiyatlı davrandığını qeyd etsələr də, hökumət daxilində bəzi şəxslərin İran təhlükəsizlik qüvvələrinə birbaşa dəstək verilməsinin tərəfdarı olduğunu əlavə ediblər.
Rəsmilər iddia edirlər ki, Vaşinqton administrasiyası Çinin bu yaxınlarda İrana "MANPADS" kimi tanınan çiyindən atılan raketlər göndərə biləcəyinə dair kəşfiyyat məlumatları alıb. Lakin rəsmilər bu məlumatın dəqiq olmadığını və bu silahların yerdə istifadə edildiyinə dair heç bir dəlil olmadığını bildiriblər.
Digər tərəfdən, rəsmilər iddia ediblər ki, ABŞ kəşfiyyatı Rusiyanın İran ordusuna peyk kəşfiyyatı da verdiyinə dair dəlillər əldə edib və bu da İran İnqilab Keşikçiləri Korpusuna Yaxın Şərqdəki ABŞ gəmilərini, hərbi və diplomatik hədəflərini müəyyən etməyə kömək edib.
ABŞ rəsmiləri həmçinin Rusiyanın İrana ərzaq yardımı, öldürücü olmayan hərbi avadanlıq və peyk görüntüləri verdiyini, lakin ABŞ-ı təhrik etməmək üçün birbaşa silah çatdırılmasından yayındığını iddia ediblər.
Tahir TAĞIYEV