ABŞ və İsrailin İrana hücumlarının başlamasından bəri ilk dəfə olaraq ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçdiyi iddia edilir. Bildirilir ki, gəmilərin keçidi İranla əlaqələndirilməyib.
ABŞ-ın əksinə olaraq, Fars Xəbər Agentliyi xəbər verir ki, İran hərbi rəsmiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Fuceyra Limanından çıxan gəminin Hörmüz boğazına doğru getdiyini müəyyən edib.
Tehran administrasiyası hərbi gəmiləri aşkarladıqdan sonra Pakistan vasitəsilə ABŞ ordusuna xəbərdarlıq edib: "Əgər Amerika gəmisi hərəkətini davam etdirərsə, 30 dəqiqə ərzində hədəfə alınacaq".
İran qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsinin ardından irəliləyən Amerika esminesi İranın reaksiyasından sonar əvvəlcə dayanıb, sonra isəHörmüz boğazından geri çəkilməyə başlayıb.
Bir İran rəsmisi ABŞ gəmilərinin Hörmüz boğazından keçə bilmədiyini bildirib.
Bu arada, ABŞ prezidenti Tramp bölgədəki təhlükəsizlik narahatlıqlarını əsas gətirərək yeni əməliyyat mərhələsinin başladığını elan edib.
"Saxta Xəbər Mediası əvvəldən heç vaxt olmayan etibarlılığını tamamilə itirib. Güclü Tramp əleyhinə sindrom (bəzən TDS adlanır) səbəbindən, hamı İranın uduzduğunu bilsə də, İranın "qalib gəldiyini" deməyi sevirlər. Onların donanması, hava qüvvələri, raket sistemləri demək olar ki, yox oldu, radarları sıradan çıxıb, raket və dron zavodları əsasən məhv edilib və ən əsası, onlara uzun müddət "rəhbərlik edən" insanlar artıq aramızda deyil.
…Onlara qalan tək şey gəminin potensial olaraq minalarından birinə dəyməsi təhdididir. Bu arada, mina qoyan 28 qayığın hamısı dənizin dibindədir. İndi isə Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqa ölkə də daxil olmaqla, dünyaya bir lütf olaraq Hörmüz boğazını təmizləmə prosesinə başlayırıq. Bunu onların özlərinin etməyə nə cəsarəti, nə də iradəsi var. Maraqlıdır ki, bir çox ölkədən boş neft tankerləri neft yükləmək üçün ABŞ-a gedir. Bu məsələyə marağınız üçün təşəkkür edirik" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV