ABŞ Vitse-prezidenti J.D.Vens İslamabadda İranla danışıqlardan nəticə əldə olunmadığını bildirib.
"Biz razılığa gəlmədən ABŞ-a qayıdırıq", - deyə o, danışıqlardan sonra jurnalistlərə bildirib. Siyasətçinin sözlərinə görə, ABŞ qırmızı cizgiləri və kompromisin mümkün olduğu sahələri aydın şəkildə göstərib. Eyni zamanda, o iddia edib ki, amerikalılar Tehran nümayəndələri ilə görüşdə çeviklik nümayiş etdiriblər və onların təklifi “qəti və ən yaxşı” olub.
Buna baxmayaraq, Vens əlavə edib ki, İran təşəbbüslərlə razılaşmayıb. Vitse-prezident razılaşmanın olmamasının Tehran üçün Vaşinqtondan daha pis olduğunu düşünür. Qeyd edək ki, görüş bir gün əvvəl Pakistanın paytaxtında baş tutub. ABŞ nümayəndə heyətinə Vens, xüsusi elçi Stiven Vitkoff və Trampın kürəkəni Cared Kuşner daxil idi. İslam Respublikasını isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edib. Reuters-in məlumatına görə, tərəflər Hörmüz boğazı, nüvə məsələləri, təzminatlar, sanksiyalar və münaqişənin sona çatması məsələlərini müzakirə ediblər.
SAMİRƏ