İslamabadda 21 saatlıq danışıqlarından sonra diplomatik fəaliyyət getdikcə daha da mürəkkəbləşib. Danışıqlar masasında kompromis axtarılsa da, bölgədə atılan qarşılıqlı addımlar gərginliyi pik həddə çatdırıb.
İran tərəfi masadan tamamilə çəkilməyib. Prezident Pezeşkian proseslə bağlı son açıqlamasında danışıqlar üçün ABŞ-a qapını açıq saxlayıb.
Pezeşkian, "Biz ədalətli bir razılaşmaya hazırıq. ABŞ beynəlxalq hüquqa qayıdarsa, nəticəyə gəlmək uzaqda deyil" deyərək, bir daha topu Vaşinqtona ötürüb.
Lakin ABŞ tərəfində atmosfer daha sərtdir. İranın nüvə ambisiyalarından əl çəkmədiyini bildirən Tramp, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almaq prosesinə başlayacağını açıqlayıb.
Tahir TAĞIYEV