“Reuters”in yüksək vəzifəli bir məmura istinadən yaydığı və Vaşinqtonla Tehran arasında əhəmiyyətli bir inkişaf kimi xarakterizə etdiyi iddiaların əsassız olduğu ortaya çıxıb.
ABŞ administrasiyasının Qətər və digər xarici banklarda saxlanılan dondurulmuş İran aktivlərini azad etməyə razılıq verdiyi barədə xəbərlərdən sonra Ağ Ev bu iddiaları təkzib edib.
Ağ Ev açıqlama yayaraq bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Məsələ ilə bağlı şərh verən yüksək vəzifəli ABŞ rəsmisi iki ölkə arasındakı diplomatik münasibətlərin hazırkı vəziyyətinə diqqət çəkərək deyib: "İranla rəsmi danışıqlar hələ başlamayıb. Bu mərhələdə Tehran administrasiyasına hər hansı maliyyə güzəştinin verilməsi qətiyyən mümkün deyil".
Tahir TAĞIYEV