İran və ABŞ arasında Pakistanın İslamabad şəhərində keçirilən danışıqlardan sonra İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf proseslə bağlı açıqlama verib.
Qalibaf sosial media hesabında verdiyi açıqlamada deyib: "Danışıqlardan əvvəl vurğuladım ki, bizim yaxşı niyyətimiz və lazımi iradəmiz var, lakin əvvəlki iki müharibənin təcrübələrinə görə qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım irəliləyiş üçün 168 təşəbbüs irəli sürdülər, lakin qarşı tərəf bu danışıqlar mərhələsində İran nümayəndə heyətinin etimadını qazana bilmədi. ABŞ bizim məntiqimizi və prinsiplərimizi başa düşdü. İndi qərar verməyin vaxtıdır. Onlar bizim etimadımızı qazana biləcəklərmi, yoxsa yox?"
Bu arada, İranın Fars Xəbər Agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən Tehran administrasiyasının ABŞ ilə yeni danışıqlar raundu planlaşdırmadığını bildirib.
Tahir TAĞIYEV