İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Beqainin sözlərinə görə, İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığına düşüblər. ”Bir sıra məsələlərdə anlaşmalar əldə edilib, lakin iki və ya üç vacib məsələdə fikir ayrılıqları qalıb və nəticədə danışıqlar razılığa gələ bilməyib", - deyə Tasnim xəbər agentliyi onun sözlərini sitat gətirib.
"Bu danışıqlara bəzi yeni mövzular, məsələn, Hörmüz boğazı əlavə edilib və onların hər birinin özünəməxsus mürəkkəbliyi var", - deyə o qeyd edib.
Beqainin sözlərinə görə, danışıqlar "inamsızlıq və şübhə atmosferində keçib". "Təbii ki, əvvəldən bir sessiyada razılaşmanın əldə ediləcəyi gözlənilmirdi. Bunu heç kim gözləmirdi", - deyə o əlavə edib. Eyni zamanda o qeyd edib ki, danışıqlar raundu bu ilin ən uzun raundu olub və ümumilikdə 24 və ya 25 saat davam edib.
SAMİRƏ