İran və ABŞ arasında müvəqqəti atəşkəsə baxmayaraq, İsrailin hücumlarını davam etdirdiyi Livan, Hizbullahı tərksilah etmək üçün ABŞ-dan hərbi yardım istəməyi planlaşdırır.
İsrailin 12-ci Kanal televiziyasının Livan mənbəsinə istinadən verdiyi məlumata görə, Beyrut hökuməti əvvəlcə atəşkəs tələb etməyi planlaşdırır.
Livanlı mənbə qeyd edib ki, Beyrut hökuməti Hizbullah tərksilah edilməzdən əvvəl dərhal atəşkəs tələb edəcək və Hizbullahın tərksilah edilməsi üçün ABŞ-dan hərbi yardım istəyəcək.
Mənbə bildirib ki, onlar 2023-cü ilin oktyabr ayından bəri İsrailin hücumları nəticəsində viran qalan ölkənin yenidən qurulması üçün ABŞ-dan iqtisadi yardım paketi tələb edəcəklər.
Bundan əvvəl İsrail və Livan arasında birbaşa danışıqlara başlanacağı açıqlanmışdı.
Tahir TAĞIYEV