Rusiya enerji böhranı içində olan Avropaya qaz tədarükünə açıq olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya qazı üçün prioritet hazırda fərqli bölgələrdir, lakin Avropa variantı hələ də masadadır.
O, hazırda kifayət qədər tutuma malik olduqlarını qeyd edərək alternativ bazarlarda tələbata diqqət çəkib. Rusiya sözçüsü bu yeni bazarları "çox acgöz" adlandırıb və bu ərazilərdən gələn yüksək tələblərin prioritet olduğunu qeyd edib.
Kremlin planına görə, Avropaya qaz nəqli yalnız digər bazarlardan artıq qaz olacağı halda mümkün olacaq. Peskov, mövcud qaz ehtiyatlarının kifayət qədər olduğunu və tələbatı ödəməyə davam edəcəyini deyib.
Rusiyanın enerji marşrutunu şərqə doğru dəyişməsi Avropanın artıq ikinci dərəcəli varianta çevrildiyini açıq ortaya qoyur.
Tahir TAĞIYEV