ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu İsa Haşemini saxlayaraq onun “yaşıl kart”ını ləğv edib.
ABŞ Dövlət Departamentinin bəyanatına görə Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Bildirilir ki, hər üçü ABŞ-yə 2014-cü ildə gəlib və 2016-cı ildə “yaşıl kart” əldə ediblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin də “yaşıl kart”larını ləğv etmişdi. Ancaq Süleymaninin İranda yaşayan qızı ABŞ-da yaşayan qohumlarının olmadığını və bu xəbərin yalan olduğunu bildirib.
ZÜMRÜD