ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, "İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının" blokadası bazar ertəsi günü başlayacaq.
RİA Novosti xəbər verir ki, komandanlığın bəyanatında məhdudiyyətlərin 13 aprel Şərq vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə saat 17:00) tətbiq ediləcəyi qeyd olunub.
CENTCOM aydınlaşdırıb ki, blokada bayraq dövlətindən asılı olmayaraq, İran limanlarına və sahil ərazilərinə gedən və ya çıxan bütün gəmilərə şamil ediləcək.
Eyni zamanda, bəyanatda qeyd edildiyi kimi, "CENTCOM qüvvələri Hörmüz boğazından İrandan kənar limanlara və oradan keçən gəmilərin naviqasiya azadlığına mane olmayacaq".
SAMİRƏ