şənbə günü, 26 sentyabr 2026
     

Yeganə Muradova: “Ana, uşaq vaxtı mənə aldığın əsgər paltarını heç kimə vermə, onu öz oğlum olanda ona geyindirəcəyəm”

Image


Ömrünə xəzan gəldi

Bəxtini biçdi getdi.

Şəhidlik badəsi

Bir igid içdi getdi.

Bəxtiyar ata-anasının gözünün ağı-qarası bircə balası idi. Yeganə ananın ümid yeri, arxa-dayağı, dizinin taqəti, dilinin söhbəti, ürəyinin təpəri oldu Bəxtiyar. O Bəxtiyar ki, canını Vətən yolunda fəda etdi, 20 yaşını 20 gün yaşadı...Ata-anası adını Bəxtiyar qoydular, o həqiqətən də Vətən sevdalı bəxtiyar bir oğul oldu.

Azərbaycan Ordusunun əsgəri olan Muradov Bəxtiyar Güloğlan oğlunu xatırlayırıq bu dəfə. Şəhidlik şərbəti içən nakam Bəxtiyarın anası Yeganə Muradova ilə Sumqayıtda görüşüb söhbətləşdik. Ürəyi qan ağlayan, göz yaşı leysan olan Yeganə ananın hıçqırıqları hələ də qulağımdadır. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatında Yeganə ana da iştirak edirdi.

Muradov Bəxtiyar Güloğlan oğlu 24 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 29 saylı tam orta məktəbi bitirib. Azərbaycan Ordusunun əsgəri olan Muradov Bəxtiyar Güloğlan oğlu 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Muradov Bəxtiyar "Vətən uğrunda" medalı ilə tətif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Muradov Bəxtiyar III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif edilib.

"Bəxtiyar yeganə övladımızdır. Gözümün ağı qarası bircə balamdı (ana oğlu haqda keçmiş zamanda danışmır-İ.S). Bəxtiyar dünyaya gələndə səhhətində müəyyən problemlər vardı, tez-tez qızdırması qalxırdı, düşmürdü. Övladımızın sağlamlığı üçün əlimizdən gələni etdik. Birinci sinfə Sumqayıtdakı 5 nömrəli məktəbdə getdi. Amma o, ikinci sinifə geçəndə başqa yerə köçdük və o, təhsilini 29 saylı tam orta məktəbdə davam etdirdi. Çox ağıllı, çox gözəl uşaq idi. Həm mənə, həm də atasına sonsuz sevgisi vardı, gündə beş dəfə də evdən çölə çıxsaydı mütləq gəlib bizimlə görüşürdü. Uşaqlıqdan hamının dadına yetirdi. Bütün müəllimləri, sinif yoldaşları oğlumun mehribanlığından, necə ağıllı uşaq olduğundan danışırlar. Bəxtiyarın o qədər gözəl arzuları var idi. Özünə baxmağı, səliqə-sahmanı sevirdi balam. Məktəbi bitirdikdən sonra bərbər olmaq istəyirdi. Atası fərdi usta yanına göndərmişdi. Öyrənib işləyirdi. Həmişə deyirdi ki, yaşım tamam olsaydı, əsgər gedərdim…Elə bil torpaq çəkirdi uşağımı".

Ana deyir ki, oğlu 9-cu sinifi bitirdikdən sonra bərbərlik sənətini öyrənib və sərbəst şəkildə işləməyə başlayıb, gündəlik qazandığı pulu ailəsinə verib. "Qazandığı pulu bizə verirdi, cibində saxlamazdı. 2021-ci ilin oktyabr ayının 1-də ona həqiqi hərbi xidmətə çağrış gəldi. Gözü zəif olsa da, həkimlər "normal" yazmışdılar sənədinə. Amma o, yaxşı görmürdü. Oktyabrın 6-da biz onu əsgərliyə yola saldıq. Çox ağladım, bir-birimizə o qədər bağlı idik ki...Mən onsuz heç yerə getmirdim. Gəncədəki N saylı hərbi hissəyə düşdü. O əsgərliyə gedəndən sonra üz siniri parezi keçirdim. Bir gün zəng vurub dedi ki, ana, analar gələcək, icazə veriblər. Dedim ki, belə tezliklə buraxmazlar, ona görə getmədim. Sonra bir də zəng vurdu "ana, bütün analar gəldi sən gəlmədin" dedi. Çox pis oldum. Sözün düzü o vəziyyətdə ora gedə bilməzdim. Soruşdum ki, nə istəyirsən? "Kabab istəyirəm" dedi. Bəxtiyar şirniyyat yeməyi çox xoşlayırdı. Uşaqlıq şəkilləri arasından beş şəkildən üçündə şirniyyat yeyir. Kabab çəkib atası ilə göndərdim. Atası ilə orada yedilər, şəkil çəkdirdilər. Bir dəfə də atası ilə evin tək oğlu olduğuna dair kağız alıb göndərdim. Bəlkə Kəlbəcərdən daha başqa yerə çəkərlər deyə. Bəxtiyar irəlidə xidmət aparmaq istədiyini deyib. Heç bir faydası olmadı. Hava soyuq olduğundan xəstələnmişdi. Hospitala aparmışdılar, sonra evə buraxıldı, bir az müalicə aldı. Nə qədər dedim ki, 10 gün artıq qal, tam sağal, sonra qayıt. Sözümü eşitmədi ki, məni gözləyirlər, gedirəm".

Noyabrın 8-də Bəxtiyar anasına zəng vurub "ana, mənim andiçməmdir, gələcəksinizmi?" deyib. Ana deyir ki, oğlunun andiçməsinə gedib. Ana növbəti dəfə dekabrda oğlunu görməyə getsə də, lakin onu görə bilməyib. Sonra isə oğlunu Şəmkirə gətiriblər, ordan da Kəlbəcərdəki N saylı hərbi hissəyə aparıblar. "Gedib gəlmək, nə isə göndərmək olmurdu. Sonra bir adam tapırdıq onun vasitəsilə oğuma hər şey göndərirdik. Onu da deyim ki, Bəxtiyar əsgərlikdə olanda karona tutmuşdu. Sonra müalicə aldı. Kəlbəcərdə xidmət edəndə 2022-ci ilin fevralında zəng vurub dedi ki, ana, mənim ciyərimə yenə də soyuq olub. Plevmaniya olmuşdu. Bir ay hospitalda yatdı. Martın axırı idi. Dedi ki, ana, mənə 15 günlük məzuniyyət verəcəklər. Martın 31-də Bəxtiyar evə gəldi. Həkimə apardım, müalicə götürdü. Aprel ayının 13-ü idi dedi ana, bizi bölcəklər, bircə II tabora düşməyib, onların xidmət etdiyi yerdə qar çox olur, əgər ora düşsəm yenə ciyərimə soyuq olacaq xəstələnəcəyəm və məni evə buraxacaqlar, evə qayıtmaq istəmirəm, əsgərliyimi tam bitirmək istəyirəm. Aprelin 13-də Bəxtiyarı yola saldım, getdi...Bir də zəng vurdu ki, məni II tabora salırlar. Sonra məlum oldu ki, evin tək uşağı olduğu üçün onu aşağıda saxlayacaqlar...Hər gün telefonla danışırdıq. Ağlayırdım hər gün, deyirdi ki, ay ana, narahat olma, bura çox yaxşıdır, yerim rahatdır, hər şey əladır... Oğlum məzuniyyətini mənim ad günümə saldı. İyunun 30-da evə gəldi. Avqustun 24-də Bəxtiyarın ad günü idi, dedim bir az yubat məzuniyyəti o gün gəl. Dedi "yox, ana, sənin ad günündə yanında olacağam". Öz yığdığı pul ilə mənə ətir almışdı. Üstünə elə sözlər yazdırıb ki balam, elə bil ürəyində hiss edirdi ki, son görüşümüzdü.

Bəxtiyar mənə aldığı ətirin üstünə şeir yazdırmışdı, o şeiri oxuyub ağladım:

Cənnətin ən gözəl güllərin dərib

Ayağı altında əkin anamın.

Əridib gözümün qaralarını

Ağaran saçına çəkin anamın!

Çox pis oldum, əsgərlikdə yığdığı pulla mənə ətir almışdı balam. Getdi...

Deyirdi ki, "ana, uşaq vaxtı mənə aldığın əsgər paltarını heç kimə vermə, onu öz oğlum olanda ona geyindirəcəyəm". O hədiyyələrin hər biri mənə bir ağır dərddir. O ətri vura bilmirəm, toxunmağa qıymıram. Vəsiyyət eləmişəm ki, nə vaxt ölsəm, o ətri mənimlə dəfn etsinlər. Kaş həmin gün ölərdim, oğlum dəfnimə gələrdi..."

Bəxtiyarın məzunuyyəti başa çatdıqdan sonra ana onu yenidən xidmətə yola salıb. Oğul ayrılığına döz bilməyən ananın günü ağlamaqla keçib. "Qorxurdum, oğlumu itirməkdən çox qorxurdum. Mənə demirdi ki, ana, mən irəlidəyəm. Elə hey deyirdi ana, narahat olma bizdən qabaqda neçə-neçə postlar var.

Sentyabr ayının 12-si axşam Bəxtiyar mənə səs atıb. "Ana, necəsən?" "yaxşıyam, sən necəsən?" Mənə yaxşı olduğunu dedi. Dedim ki, Bəxtiyar, çox narahatam, mənim balam, bir şey yoxdur? "Bizdə üç gün rabitə olmayacaq, danışa bilməyəcəyik, üç gündən sonra danışacağıq" dedi. Gözlədim zəng vuracağını. Demə, həmin gecə döyüşə gedirmiş, amma məndən gizlədib. Bütün gecəni döyüşüblər. Oğlumun silahı ağır imiş, komandir gəlib silahı ondan alıb ki, Bəxtiyar, ver onu mənə sən yüngül silahla at. PŞK ilə döyüşüb Bəxtiyar. Komandir bunları yerin altına yığıb ki, dincəlsinlər. Orada 8 əsgər, bir MAXE olub. Ermənilər oranı minamyotla vurub, 8 əsgərdən 7-si şəhid olub. Həmin günün ömrümə heç yazılmasını istəməzdim. Səhər tezdən saat 6-da ayıldım, vatsapa girdim. Gördüm bir nəfər mənə yazıb ki, Bəxtiyardan nə xəbər? "Nə olub" deyə soruşdum. Dedi ki, Kəlbəcərdə atışma olub, ona görə soruşdum. Dedim ki, axşam danışmışam...Çörək almağa getdim...qarşıma qonşu çıxdı o da Kəlbəcərdə atışa olduğunu dedi. Çox narahat oldum".

Ana bildirdi ki, Bəxtiyarın şəhid xəbəri atasına deyilib. Şəhidin atası Güloğlan dayı xəbəri alan kimi həyat yoldaşına zəng edib və evə gəlməsini deyib: "Başqa yerdə idim. Yoldaşım mənə zəng vurdu ki, evə gəl. İsrar etdi ki, gəl. Həmin gün bütün günü ağlayırdım, içim-içimə sığmırdı. Evə çatdanda gördüm ki, məhəlləmizdə həddən artıq çox adam var. Şübhələndim. Mənə heç nə demirdilər. Ürəyim üzülürdü. Axırda dedim ki, düzünü deyin, Bəxtiyara nə olub. Hamı əlində bayraq "Şəhidlər ölməz, Vətən bölünməz" deyə qışqırır. Dünyam başıma yıxıldı. Uşağımın arzuları var idi. Deyirdim 6 ay qalıb qayıdıb gələr, elçi gedərəm, evləndirərəm.

Nəvələrim olar. Balamı bəylik kostyumunda görə bilmədim. Oğlumu bayrağa büküb gətirdilər, Bəxtiyarın bəylik kostyumu elə bayraq oldu…"

Gözünün nuru, bircə balası Bəxtiyarı Vətən yolunda şəhid verən ana deyir ki, yerdə, yaxud göydə olduğunu bilmir...Oğlu şəhid olsa da ana onun yolunu hər gün gözləyir. Canının parasını, gözünün ağı-qarasını gözləyir. "Mən onun nə medalını, nə də ordenini istəyirim, özünü istəyirdim...Öz arzusu da yarımçıq qaldı, mənimki də. Dörd divar arasında oturub şəkillərinə baxıram, üzümü məzar daşına sürtürəm...Oğlumdan qalan xatirələrlə baş-başayam. Kirayədə yaşayırıq, evimiz yoxdur. Kaş evimiz olaydı orada oğlumun xatirəsini yaşadam..."

Yeganə ananın göz yaşından dəryalar dolar bəlkə də...Oğlundan qalan boynubükük xatirələrin içində itib batır. Ananın ömrünün günəşi batıb...Oğlu isə şəhiddir, şəhid olduğu üçün də bəxtiyardır Bəxtiyar!!!

Qanlı kəfənini öpüb oxşadı ana, balasının ətrini içinə çəkdi. 20 yaşlı nakam balasını son dəfə qucaqladı...İndi soyuq məzarını qucaqlayır ana, bir də dizlərini qucaqlayıb gecə-səhərə, səhərdən axşama ağlayır...

Ağlama anam, ağlama

Başına qara bağlama...

Şəhid oldum, bəxtiyaram

Qara bağrını dağlama...

İradə SARIYEVA

Sumqayıt-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ