İran və ABŞ arasında sabah Pakistanın İslamabad şəhərində başlaması gözlənilən diplomatik danışıqlardan əvvəl, İran nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilən Parlament sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin "qırmızı xətlər" hesab etdiyi iki şərti açıqlayıb.
Qalibaf bildirib ki, tərəflər arasında əvvəllər qarşılıqlı razılıqla razılaşdırılmış, lakin hələ həyata keçirilməmiş iki fundamental məqam var.
Qalibaf bu addımların prosesin rahat keçməsi üçün "ön şərt" olduğunu bildirib: "Tərəflər arasında qarşılıqlı razılığa gəlinən, lakin hələ də həyata keçirilməyən iki məsələ var: Livanda atəşkəsin təmin edilməsi və danışıqlar başlamazdan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsi. Bu iki məsələ danışıqlar başlamazdan əvvəl mütləq həll edilməlidir".
Tahir TAĞIYEV