şənbə günü, 01 avqust 2026
     

Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…

Image


İndi dünyanın istənilən ölkəsindən Türkiyəyə hər il milyonlarla turist axın edir. Türkiyə sözün əsl mənasında turizm cənnəti olduğunu sübut edir. Ölkə başdan- başa sanki bir cənnəti xatırladır.

Məşhur pianoçu Fazıl Sayın hərarətlə Türk Marşını (Rondo Alaturka) ifa etdiyi bir əsər var. Motsartın 1783-cü ildə Avropada əsən Osmanlı rüzgarının təsiri ilə bəstələdiyi bu musiqi əsəri, həqiqətən də, Osmanlı elementləri ilə yoğrulub. Motsartın belə bu rüzgara qapılmasına səbəb nə idi? Orta əsrlərdə Osmanlı həmişə şərqin mistikasını daşıyan “orta doğu” kimi Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayırdı. Saraylarda, ballarda, portretlərdə Osmanlı geyimlərində boy göstərən zadəganlar arasında bu hal dəb almışdı. Bu torpaqların coğrafi mövqeyi həm siyasi, həm iqtisadi həm də mədəni baxımdan önəm daşıdığından həmişə diqqət mərkəzində olub və bu diqqət hər keçən gün bir az daha artmaqdadır. Bir zamanlar balları bəzəyən Osmanlı geyimlərini, türk qəhvəsini, Anadolu xalılarını bu gün insanlar öz gözləri ilə görmək üçün Türkiyəyə gəlirlər. Fransadan olan turistlər bu ölkəni ərəb ölkəsi kimi tanıyırlar, ərəblər üçün isə Avropa ölkəsidir. Almanlar üçün uyğun qiymətə xidmət təklif edən yaxın qonşu, ingilislər üçün isə isti iqlimi olan ölkə. Yəni hər kəs bu zənginlik arasında özünə lazım olan parçanı tapa bilir.

5000 illik tarixə sahiblik edən qardaş Türkiyədə istənilən tarixi abidəni görmək mümkündür. Ölkə sanki açıq muzeyi xatırladır. Türkiyənin incisi isə sözsüz ki, İstanbuldur.

Qədim sivilizasiyaların izlərini daşıyan şəhərin müasirliklə vəhdəti İstanbula əsrarəngiz sima verir. İki imperatorluğun – Bizans və Osmanlının mədəniyyət və tarixini özündə cəmləyən şəhər qərb və şərq üslublu memarlıq abidələrini sərgiləyən qalereyanı xatırladır. Bir tərəfdə Roma imperatorluğundan yadigar qalan Aya Sofya məbədi, Qalata Kulesi, Bozdoğan (Venis) Kəməri, Kız Kulesi, bir tərəfdə Osmanlının Top kapısı, Sultan Ahmet camisi, Dolmabahçe Sarayı. Bir tərəfdə Konstantinopol, bir tərəfdə İstanbul…

Bu gün 16 milyona yaxın əhalisi ilə bu meqapolis bir çox ölkəni geridə qoyur. Turizmin Türkiyədə yüksək səviyyədə inkişafı təkcə İstanbula ildə minlərlə turistin gəlməsinə səbəb olur. Əgər İstanbuldasınızsa, zamanınızı gözəl keçirmək üçün sizə uyğun turlar, tədbirlər, sərgilər, konsertlər, gəzintilər tapacağınıza əmin ola bilərsiniz. Qapalı Çarşı, Eminönü, Cahangir küçələri şəhəri sizin üçün unudulmaz edəcək. İstanbuldan həmçinin, Böyük Adaya turlar təşkil edilir. Bununla, qonaqlar vapur keyfi də yaşamış olurlar. Möhtəşəm Boğaz mənzərəsi, Haydar Paşa Dəmiryolu Vağzalının şəhər siluetində özəl yeri var. Ümumiyyətlə, iqlimi, qiymətlərin münasib olması, yüksək otel xidmətləri, uzun turizm sezonu, xidmət-qiymət tarazlığı ölkənin dünyanın dörd bir tərəfindən turist qəbul etməsinə səbəb olur. Elə buna görədir ki, 2020-ci il üçün satışlar artıq başlayıb.

Qardaş ölkənin daşı, torpağı qızıl olan İstanbulundan başqa digər şəhərləri də görülməyə dəyər turistik yerlərə sahibdir. Gəlin, bir-birindən gözəl Türkiyə şəhərlərinə nəzər salaq.

1. Muğla
Muğla özünəxas dizaynda bacaları ilə məşhur taxta türk və rum evləri, Fethiye, Bodrum və Datça kimi turizm məkanlarını özündə birləşdirən iri şəhərlərdəndir. Şəhərin gözəl təbiəti və turizm infrastrukturu bura gələn turist sayının hər il daha da artmasına səbəb olur. Fethiyede Ölüdəniz, Kəpənəklər vadisi, Bodrus Qalası, Bodrum Antik teatrı, Halikarnas mavzoleyi, mavinin bütün tonlarında çimərlikləri, 125 sayda quş növləri ilə zəngin Quş Cənnəti Muğlanı görülməyə dəyər şəhərlər siyahısında ilklərdən edir. Təkcə Bodrum və Fethiye Türkiyə turizm bazarında ən çox turist qəbul edən şəhərlərdən olub ölkə iqtisadiyyatında mühüm rol oynayır.

2. İzmir
“Gözəl görmək savabdır” – deyiblər. Əgər siz də gözəl insanlar görmək istəyirsinizsə, təklif edirəm, İzmirə gedin. Çünki, statistikaya görə, izmirlilər Türkiyənin ən gözəl insanları hesab edilir. İlin dörd fəsli günəşli olan şəhərin sakit və hüzurverici havası var. Əhalinin bir qismini yunanlar təşkil edir. Şəhər tolerantlığın və multi-kulturalizmin simvoludur desək, yanılmarıq. Məscidlər, kilsələr, sinaqoqlar – üç böyük dinin ibadət evləri şəhər panoramasında bir-birini izləyir. Bəlkə də, bu mənəvi yükü çiyinlərinə alan şəhərin hüzurverici abu-havası bundandır. Saat Kulesi, Kemeraltı Çarşısı, Aqora-Antik bazar, Voukolos kilsəsi şəhərin simvoluna çevrilən tikililər arasında sadəcə bir neçəsidir. İzmir istər insanları ilə, istərsə də mədəniyəti və buna imkan yaradan coğrafi, etnoqrafik və demoqrafik fərqləri ilə Türkiyənin İstanbulla yanaşı “mədəniyyət paytaxtı” olmağa iddialıdır.

3. Qaziantep
Bəlkə də, dünyada yeganə şəhərdir ki, qazi-əsgər statusu qazanıb. Bu da düşmənə qarşı qəhramanca döyüşən Antepin təkcə adına yox, həm də “alnına” yazılmış yazıdır. Elə buna görədir ki, şəhərdə müharibə ilə bağlı neçə-neçə hərbi ekspozisiyaları sərgiləyən muzeylər, şəhid anıtlarına rast gəlmək olur. Ümumiyyətlə, Qaziantepdə çoxsaylı muzeylər var. Bunlar arasında Oyuncaq muzeyi ən maraqlı ekspozisiyalar təqdim edənlər arasındadır. Şəhərdə hamamlar, çarşılar, qalalar çoxluq təşkil edir. Antepi məşhur edən digər bir səbəb də ləzzətli mətbəxi – paxlavaları, kabablarıdır. Əgər Qaziantepə gedəcəksinizsə, pəhrizi unudun.

4. Edirnə
Bolqarıstan və Yunanıstanla sərhəd bölgədə yerləşən Edirnə şəhəri bir zamanlar Osmanlı paytaxtı olduğu üçün imperatorluğun izlərini hələ də özündə daşıyır. Bəyazid körpüsü, IV Mehmet Ov köşkü, Rüstəm Paşa karvansarayı və daha neçə-neçə Osmanlı paşalarının adına olan türbələr, köşklər görüləcək tarixi məkanlar arasındadır. Sultan Süleymanın zamanında Edirnə sarayına əlavə edilən Ədalət qəsri yağlı güləşlərin keçirildiyi və sultanın verdiyi qanunların yazıldığı məkan kim tarixi ad qazanıb. Edirnə Böyük sinaqoqu böyüklüyünə görə Avropada birinci, dünyada isə üçüncü yerdədir.

5. Antalya
Milyonlarca turist qəbul edən türk turizminin əsas şəhərlərindən biridir. Məşhur çimərlikləri hər il dolub daşan Antalya son illərdə milyonlarla dollar büdcəli hind və ərəb toylarına da ev sahibliyi edir. Alanya, Belek, Kəmər kimi turistik məkanları özündə birləşdirir. Antalyanın təbiəti və Antik dövrün bir çox abidələri şəhərə fərqli rəng qatır. Şəhərdə çox sayda oteller, hostellər turistlərin ixtiyarına verilib. Burada hər şey turistlərə xidmət üçün hesablanır desək, yerinə düşər. Antalya qonaqlarına nə təklif edir? Təbiət qoynunda gəzinti alternativlər arasında birinci yerlərdədir. Təbiətsevərlər Kurşunlu şəlaləsi, Manavqat şəlaləsi və möhtəşəm kanyonlara səfər edə bilərlər. Adrenalin həvəskarları təbiət qoynunda kampinq, alpinizm, raftinq etmək şansına sahibdirlər. O ki qaldı tarixi yerlərə, Aspendos Antik teatrı bunlar arasında ən cəlbedicisidir. Böyük bir antik kompleksin parçası olan Aspendosda konsertlər də təşkil olunur. Patara Antik teatrı və Termossos Antik kəndinin də tarixi Aspendos kimi eradan əvvələ gedib çıxır.

6. Bursa
Daha bir Osmanlı “baş şəhəri” Bursa. Şəhərdə böyük karvansaraylar kompleksi var. Bu komplekslərdə ipək, hədiyyəlik əşyalar satan dükanlar turistlərin üzünə açıqdır. Hətta 2008-ci ildə İngiltərə kraliçası Türkiyəyə səfəri zamanı Bursada olmuşdu. Burada da Osmanlı yadigarı onlarla abidələr, camilər, türbələr görmək olar. Həmçinin, burada YUNESKO Mənəvi irs siyahısına daxil edilən Qaragöz-Hacivat oyunlarına da baxa bilərsiniz. Şəhərdə “Karagöz” muzeyi də fəaliyyət göstərir. İki ildən bir keçirilən Beynəlxalq Bursa Qaragöz Kölgə və Kukla Oyunları festivalı da bu şəhərdə keçirilir. Şəhərdə Anadolu Maşınları muzeyində Osmanlı dönəminin tarixi arabalarından Türkiyə istehsalı olan Murat markalı sedan maşınlarına qədər bir çox nəqliyyat növlərini görmək mümkündür. Bursada ən çox qış turizmi inkişaf edib. Uludağ Türkiyədə ən böyük qış turizm bölgəsidir. Uzun xizək meydançası və kanat yolları fevral ayının sonuna qədər turistlərin xidmətindədir.

7. Trabzon
Çayı, halayı ilə məşhur şəhərə son zamanlar ölkəmizdə də maraq artıb və çoxsaylı turlar təşkil olunmağa başlayıb. Qara dəniz sahilində yerləşən şəhər digər Türkiyə şəhərlərindən geri qalmır. Ucsuz-bucaqsız çay plantasiyaları, şivəsi, hamsisi, iri çay fabrikləri, gözəl təbiəti ilə göz oxşayan Trabzon tarixi abidələrlə də zəngindir. Xüsusilə, dağlıq ərazilərdə tikilən monastrlar, qalalar burada çoxdur. Amma ən gözəl tarixi abidə düşünürəm ki, Atatürk köşküdür. Meşəlik ərazidə inşa edilən tikili bəyaz rəngi ilə göstərişli görkəmə bürünür. Bina Avropa memarlıq üslubunda tikilib. Hazırda muzey kimi fəaliyyət göstərən köşkdə Atatürkün şəxsi əşyaları da sərgilənir.

8. Nevşehir-Kapadokya
Əgər, müasirlikdən, cansıxıcı şəhər həyatından sıyrılıb tarixlə üz-üzə qalmaq istəyirsinizsə, Kapadokya axtardığınız yerdir. Nevşehirin ən çox turist qəbul edən bölgəsi Kapadokyanın hər ucunu-bucağını turistlərin ixtiyarına açıq elan ediblər. Hətta, səmasını belə. Burada hava şarları ilə təşkil edilən turlar çox məşhurdur. Kapadokyanın oyma evləri, Pəribacaları, yeraltı şəhərlər, mağaralar, Uçhisar Qalası, Ürgüp, Göyərçinli Vadi, Zelve kimi yerlər tarixilikdən daha çox mistik, sirli, sehirli, bəlkə bir az qorxulu abu-hava yaradır. Bunlar arasında ən diqqətçəkən Pəribacalarıdır. Zamanla təbii aşınmalar nəticəsində yaranan Pəribacaları Kapadokyaya əsrarəngiz görüntü bağışlayır.

9. Ayvalık-Balıkesir
Egey dənizi sahillərində Balıkesirin ən çox turist qəbul edən bölgəsi Ayvalık kiçik olsa da, zəngin təbiəti, gözalıcı tarixi binalarla türk turizmində önəmli yerə sahibdir. Burada turistlərlə yanaşı, İstanbulun səs-küyündən qaçıb həftəsonlarını sakit keçirməyə çalışan istanbulluları da görmək olar. Ayvalıkın meşəlik ərazisini, çimərliklərini, sualtı dalğıc turlarını, ləzzətli mətbəxini, ətrafında olan 22 adanı da xüsusilə vurğulamaq lazımdır. Ayvalık çarşısı, yunanların Yeniçohor adlandırdığı Küçükköy, Sarımsaqlı çimərliyi, Cunda adası, Şeytan Süfrəsi (şeytanın ayaq izinin burada olduğu iddia edilir), neçə-neçə cami və kilsələr, tarixi küçələr. Burada turistlərin Ayvalık mətbəxinə özəl saqqızlı dondurma və qurabiyələri də dadmaq şansı var.

10. Dənizli
Əsrarəngiz şəhərlər siyahımızı Dənizli ilə bağlamaq istəyirəm. Dənizli Egey dənizi bölgəsində yerləşir və Türkiyənin kurort-istirahət mərkəzidir. Bura sadəcə möhtəşəmdir. YUNESKO Mədəni irs siyahısına daxil edilmiş şəfa qaynağı hesab edilən Pamukkale Travertenleri (istisu kompleksi) özəlliklə cəlbedici məkanlardandır. Şəhərdə Kleopatra Antik hovuzu da turistlərə açıqdır. Hierapolis Antik şəhəri, nekropol, su kanalları, məbədlər və daha neçə tarixi Miladdan əvvələ gedib çıxan Roma dövrü abidələri bura gələnləri tarixin əsl şahidlərinə çevirir. Dənizlidə dağ idman növlərindən paraşütlə tullanma turları da aktivdir.

Bu gün sizə təqdim etdiyimiz bu şəhərlər Türkiyənin cənnət sayılan bir parçasıdır. Hər il bu şəhərləri, bu şəhərlərdəki tarixi abidələri ziyarət etmək üçün dünyanın dörd bir yanından milyonlarla turist bu əraziləri ziyarət edir.

SAMİRƏ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

01.08.2026 / 11:09
Hörmüz boğazında daha bir neft tankeri vuruldu...

01.08.2026 / 10:46
Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

01.08.2026 / 10:35
Polis külli miqdarda narkotik ələ keçirdi

01.08.2026 / 10:07
Yol polisi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış etdi...

01.08.2026 / 09:50
MİQ-in nəticələri açıqlandı - 8 sual səhv olub

01.08.2026 / 09:14
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

01.08.2026 / 08:45
Prezidentin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

01.08.2026 / 08:00
Tramp amerikalılara çağırış etdi - “…mənimlə qürur duyun”…

01.08.2026 / 07:56
BƏLKƏ BİZ DƏ ATTESTATLA TƏLƏBƏ QƏBUL EDƏK?

01.08.2026 / 07:49
ABŞ İranın Pikaks dağındakı nüvə obyektlərini də vuracaq…

01.08.2026 / 07:35
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01.08.2026 / 07:26
Tramp Qrenlandiya mövzusunda qərarlıdır - prezidentlik müddəti bitənə kimi…

01.08.2026 / 07:07
Avropa meşə yanğınlarından xilas üçün keçilərə möhtac qalıb…

01.08.2026 / 07:05
ABŞ Ukraynaya etdiyi yardımın qarşılığını istəyir - Trampın açıqlaması təəccübləndirdi

01.08.2026 / 06:33
ABŞ-İsrail cütlüyü İrana qarşı “görünməmiş hücum” hazırlığına başladı

31.07.2026 / 22:55
İspaniyaya tarixdə görünməmiş miqrant axınının ŞOK PƏRDƏARXASI... Hadisələrdə İsrail barmağı göründü... - VİDEO

31.07.2026 / 22:38
Ukrayna müharibəsində 50-50-yə qələbə şansı indi Trampdan asılıdır...

31.07.2026 / 22:22
Paşinyan Rusiyasız yeni şanslardan danışdı - bəs Azərbaycan və Türkiyəsiz mümkünmü?...

31.07.2026 / 22:05
ABŞ və Fransa kəşfiyyatı Rusiyaya qarşı fəal müharibəyə qoşuldu...

31.07.2026 / 21:48
Ukraynada ABŞ zavodunun vurulması müharibəni qızışdıra bilər...

31.07.2026 / 21:33
Mərkəzi Asiya məşvərətində ilk rəsmi iştirak Əliyevə də, formata da uğur gətirdi...

31.07.2026 / 21:20
Əliyev qırğız həmkarı ilə mühüm investisiya qərarı verdilər...

31.07.2026 / 21:07
Professor Zülfüqarlının sensasiyalı “monqol-tatar tədqiqatlarına” alimlər niyə susur?...

31.07.2026 / 20:51
Azərbaycan-Qırğızıstan müttəfiqliyi barədə müqavilə imzalandı...

31.07.2026 / 20:39
Səudiyyə İran və husilərə qarşı 43 ölkə ilə hərbi dəniz koalisiyası yaradır – ilk addım atıldı...

31.07.2026 / 20:26
Rusiya Ukraynada 200-dən çox yanacaqdoldurma məntəqəsini vurdu...

31.07.2026 / 20:22
İlin birinci yarısı Türkiyəni 25 milyondan çox turist ziyarət edib - Mehmet Nuri Ersoy

31.07.2026 / 20:12
Prezidentin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO

31.07.2026 / 20:09
Mərakeşdən İspaniyaya keçən miqrantların sayı 80 mini keçdi - yaxın saatlarda 120 minə çatacaq...

31.07.2026 / 19:41
Ermənilərin məhkəməsi davam edir, hakimlər müşavirəyə getdi - FOTO

31.07.2026 / 19:35
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO

31.07.2026 / 19:14
Tramp danışıqlar üçün İran qarşısında şərt qoydu – gəmilərə, bazalara hücum olsa...

31.07.2026 / 18:56
Avropa ŞOKDA... Azı 60 min miqrant üzərək Mərakeşdən İspaniyaya keçdi – Aİ Madridlə Şengeni dayandırır... FOTO/VİDEO

31.07.2026 / 17:40
Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - FOTO

31.07.2026 / 17:33
Putinlə son telefonlaşmadan sonra Paşinyan hədələməyə başlayıb...

31.07.2026 / 17:10
Gürcüstan qeyri-müəyyənliyin sonuna gəldi - avrointeqrasiya məsələsi konstitusiyadan çıxarılır...

31.07.2026 / 16:56
Rusiya və Ermənistan arasında dəmir yollarına görə dava böyüyür...

31.07.2026 / 16:32
Hörmüz məsələsində İranın qarşısında üç variant...

31.07.2026 / 16:21
150 balla qəbul mümkün olan ixtisasların sayı artırıldı...

31.07.2026 / 16:14
Azərbaycan Ukraynaya nə göndərsə vuracağıq - rusiyalı deputatdan çılpaq hədə...

31.07.2026 / 16:10
Riyaziyyat–informatika altqrupu üzrə iki yeni ixtisas 150 ballıq siyahıya daxil edildi

31.07.2026 / 16:04
Azərbaycan yaşıl enerjinin hesabına xaricə qaz satışını sürətlə artırır...

31.07.2026 / 15:40
Ukrayna Wildberries-in Volqoqrad və Tatarıstandakı mərkəzlərinə də hücum etdi - VİDEO

31.07.2026 / 15:25
Qəmər Adaları Maore Komitəsi fransız deputatlara dərs verdi - yalan hekayələr uydurmaq əvəzinə bunları öyrənin...

31.07.2026 / 15:00
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO/YENİLƏNDİ

31.07.2026 / 14:38
İran Hörmüz boğazından keçməyə cəhd edən iki gəmini vurdu…

31.07.2026 / 14:12
Ölü doğulan körpənin zirzəmiyə atıldığı “Vital Hospital”ın fəaliyyəti dayandırıldı

31.07.2026 / 13:45
Azərbaycan dövlətinin 16 milyardlıq borc öhdəliyi nədən yaranıb...

31.07.2026 / 13:26
Paşinyan dəmiryoluna görə Putindən ildə 2 milyard dollar tələb edir...

31.07.2026 / 13:15
Şəmkirdə keçmiş məhkum 19 kq narkotiklə tutuldu

31.07.2026 / 13:04
"Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir" - Tokayev

31.07.2026 / 12:35
Prezident: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək"

31.07.2026 / 12:33
"Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir" - Prezident İlham Əliyev

31.07.2026 / 12:30
Paşinyan Rusiya ilə problemin əsas səbəbini dedi - Moskva istəyir ki...

31.07.2026 / 12:27
Qırğızıstan xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqini təklif etdi

31.07.2026 / 12:21
"Mərkəzi Asiya və Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini təqdim edə bilər" - Japarov

31.07.2026 / 12:08
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi - Bəyannamə imzalandı - FOTO/YENİLƏNDİ

31.07.2026 / 11:55
ABŞ-ın raket arsenalı tükənib - Lockheed Martinlə 58 milyardlıq saziş bağlandı...

31.07.2026 / 11:52
Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır...

31.07.2026 / 11:27
Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

31.07.2026 / 11:06
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib - FOTO

31.07.2026 / 10:22
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

31.07.2026 / 10:18
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

31.07.2026 / 10:05
"Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq" - Prezident İlham Əliyev

31.07.2026 / 10:00
"Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir" - Sadır Japarov

31.07.2026 / 09:52
Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana səfərə dəvət etdi

31.07.2026 / 09:45
"Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur" - Japarov

31.07.2026 / 09:35
"Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək" - Prezident İlham Əliyev

31.07.2026 / 09:17
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

31.07.2026 / 09:12
"Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb" - Sadır Japarov

31.07.2026 / 09:07
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO

31.07.2026 / 08:46
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"

31.07.2026 / 08:36
"Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir" - Prezident

31.07.2026 / 08:24
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi

31.07.2026 / 08:17
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - FOTO/YENİLƏNDİ

31.07.2026 / 08:13
Prezident İlham Əliyevin Qırğız prezidenti ilə təkbətək görüşü keçirildi

31.07.2026 / 08:10
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimi oldu - FOTO

31.07.2026 / 07:25
İspaniya XİN İtaliyadakı səfirini geri çağırdı - Şengen sazişi dayandırılır?..

31.07.2026 / 07:15
ABŞ Rusiya şirkətinə sanksiya tətbiq etdi - İranın Mahan Air aviaşirkəti ilə əlaqələrinə görə…

31.07.2026 / 07:02
Durov adının terrorçular siyahısına salınmasına şərh verdi - “… çaşqınlıq içindədirlər”

31.07.2026 / 06:55
Uitkoff və Kuşner Ukraynaya gedir - həm də “foto çəkiliş xatirinə” yox…

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ