İslamabadda ABŞ və İran arasında tarixi danışıqların uğursuz başa çatmasından sonra tərəflər arasında gərginlik yenidən artıb.
İran tərəfinin məlumatına görə, İslamabadda keçirilən və 21 saat davam edən danışıqlar ABŞ-ın radikal tələbləri ilə yadda qalıb. Hörmüz boğazı əsas gündəm maddəsi olsa da, boğazın açılması ilə bağlı ortaq məxrəcə gəlinməməsi səbəbindən danışıqlar "dalana dirənib".
Ağ Evin adı açıqlanmayan rəsmisi ABŞ prezidenti Trampın İran üçün müəyyən etdiyi "müzakirə edilməz" adlandırılan məqamları açıqlayıb.
İslamabadda danışıqların uğursuzluğundan sonra NATO və Körfəz ölkələri ilə birlikdə Hörmüz boğazını blokadaya alacaqlarını bildirən ABŞ prezidenti Trampın İrandan radikal tələbləri bunlardır:
1. Bütün uranın zənginləşdirilməsi fəaliyyətlərinə son qoymaq.
2. Ötən ilin iyun ayında ABŞ-ın bombardmanı nəticəsində ciddi ziyan görmüş əsas nüvə zənginləşdirmə obyrktlərinin sökülərək məhv edilməsi.
3. Yeraltında basdırıldığı güman edilən 400 kiloqramdan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması.
4. Regional müttəfiqləri də əhatə edən daha geniş sülh, təhlükəsizlik və gərginliyin azaldılması çərçivəsinin qəbul edilməsi.
5. HƏMAS, Hizbullah və Husilər kimi proksi qrupların maliyyələşdirilməsinə son qoymaq.
6. Hörmüz boğazının tranzit haqqı alınmadan tam açılması.
Bu tələblərin ardından tərəflər arasındakı fikir ayrılıqlarının dərinləşdiyi bildirilir.
Tahir TAĞIYEV