Ceyhun Məmmədov: “Bu ərazi ilə bağlı qərar qəbul etmək, hansısa bir işlər görmək Azərbaycanın daxili işidir”
Bir sıra xarici media qurumları, müəyyən informasiya platformaları Azərbaycan barədə həqiqətə uyğun olmayan iddialar yaymaqda davam edirlər. “Yaxın Şərq Forumu” əsassız olaraq yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın muxtariyyətini guya ləğv edib. Halbuki, belə bir hadisə baş verməyib və Naxçıvan Muxtar Respublikasının statusu dəyişməyib.
Qeyd edək ki, sözügedən yazıda həmçinin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi və Zəngəzur dəhlizi layihəsi barədə də əsassız fikirlər yer alıb.
Belə dezinformasiyaların yayılması nə ilə bağlıdır və hansı məqsədə xidmət edir?
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, bu cür yanaşmaları zaman-zaman Ermənistan tərəfindən sərgiləndiyini görürük, onların tirajladığı məlumatların tam əksəriyyəti deinformasiya xarakteri daşıyır: “Heç birinin əsası olmur və burada bir sıra məqsədlər güdülür. Ermənistan tərəfindən dəfələrlə bu cür yanaşaların ortaya qoyulduğunun şahidi oluruq. Birinci, qeyd etmək lazımdır ki, Naxçıvan Azərbaycan ərazisidir və bu ərazi ilə bağlı qərar qəbul etmək, hansısa bir işlər görmək Azərbaycanın daxili işidir, bu işə də kiminsə müdaxilə etmək hüququ yoxdur. Yəni Azərbaycan müstəqil qərar qəbul edir. Milli Məclisdə də qəbul edilən qərarın, atılan addımın da mahiyyəti bu yazıda ciddi bir formada təhrif olunub. Bu məsələ ilə bağlı növbəti bir təhrif cəhdidir”.
C.Məmmədov qeyd etdi ki, burada söhbət bu məsələdən getmir.
TRIPP marşurtunun-Zəngəzur dəhlizinin açılması məsələsinə gəlincə, milət vəkili bildirdi ki, bunun üçün Ermənistan öz üzərinə öhtəlik götürüb, Azərbaycanın da müəyyən öhtəliyi var. Millət vəkili bildirdi ki, Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək. “Ermənistan anlamalıdır ki, buna kimsə mane ola bilməz. Buna zəmanəti Ermənistan tərəfi verib və üzərinə götürdüyü öhtəliyi yerinə yetirməlidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşirəcək dəhlizin açılmasına o qədər də böyük vaxt qalmayıb. Bu istiqamətdə proses gedir və gedəcək də. Hazırda yaxşı olar ki, Ermənistan bu cür fəaliyyətlərə son qoysun və Ermənistan mətbuata sülhə zərbə vuracaq məsələləri gündəmə gətirməsin”-deyə C.Məmmədov qeyd etdi.
İradə SARIYEVA