ABŞ və İran arasında həftəsonu keçirilən sülh danışıqlarının uğursuzluqla bitməsindən sonra Moskva yeni bir açıqlama gəlib.
Dünyanın ən böyük nüvə silahı ehtiyatına sahib olan Rusiya, ABŞ və İran arasında potensial razılaşmanın bir hissəsi olaraq uranın onlara verilməsi təklifini təkrarlayıb. Kreml nüvə böhranının həlli üçün İranın zənginləşdirilmiş uranın qəbul etməyə hazır olduğunu açıqlayıb.
Kreml sözçüsü Peskov təklifin Prezident Putin tərəfindən ABŞ-a və bölgə ölkələrinə şəxsən çatdırıldığını deyib: "Bu təklif hələ də qüvvədədir, lakin hələlik heç bir addım atılmayıb ".
Tahir TAĞIYEV