Britaniya Dəniz Agentliyi İranın Oman sahillərində bir gəmini vurduğunu açıqlayıb. İran İnqilab Keşikçiləri isə yeni bir hücum olarsa, sarsıdıcı zərbə endirəcəklərini bildirib.
İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin verdiyi məlumata görə, İran qüvvələri Oman körfəzində "xəbərdarlıqlara məhəl qoymadığı" üçün konteyner gəmisinə atəş açıb.
Britaniya Dəniz Ticarət Təşkilatının yazılı açıqlamasında da Ərəbistan dənizində konteyner gəmisinə atəş açıldığı təsdiqlənib.
Ekipajın vəziyyətinin yaxşı olduğu bildirilən açıqlamada, atəş nəticəsində gəmiyə ciddi ziyan dəydiyi bildirilir.
Tahir TAĞIYEV