Vaşinqton Tehrana "daxili fikir ayrılıqlarını aradan qaldırmaq" üçün beş gün vaxt verib və mövcud atəşkəsdən tamamilə imtina etməklə hədələyib. Axios üç ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ prezidenti, əks halda, çərşənbə axşamı uzadılan atəşkəsin sona çatacağını bildirib. "Tramp iranlılara güclərini toplamaq üçün daha üç-beş gün atəşkəs verməyə hazırdır. Lakin bu əbədi davam etməyəcək"- mənbələrdən biri nəşrə bildirib. Xəbərdə o da qeyd olunur ki, Trampın danışıqçıları müharibəyə son qoymaq və İranın nüvə proqramı ilə bağlı qalan problemləri həll etmək üçün razılaşmanın hələ də əldə edilə biləcəyinə inanırlar. Lakin onlar Tehranda "hə" demək səlahiyyəti olan heç kimin olmaya biləcəyindən narahatdırlar.
SAMİRƏ