Bakı metrosunda baş vermiş nasazlıqla bağlı aparılan xüsusi araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə quruma müraciət oluna bilər.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O vurğulayıb ki, araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı məsul şəxs müəyyən edilərsə, barəsində müvafiq tədbir görülə bilər.
“Eyni zamanda ictimaiyyətə də açıqlama veriləcək”,-deyə B.Məmmədov əlavə edib.