şənbə günü, 26 sentyabr 2026
     

Tramp öz kürəkəni ilə Tehrana gizli mesajlar ötürməyə çalışır(?)...

Image


Tramp İranla sülh danışıqlarına, demək olar ki, hər dəfə kürəkəni Jared Kuşneri göndərir.

2026-cı ilin əvvəlindən gedən danışıqlarda ABŞ tərəfdən əsas iki nəfər olur: Yaxın Şərq üzrə xüsusi elçi Steve Vitkoff və Trampın kürəkəni Jared Kuşner.

Fevral ayında Cenevrədə keçirilən nüvə danışıqlarına da Vitkoff və Kuşner birlikdə gedib. Həmin görüşlərdə Oman nümayəndələri vasitəçi olub.

Aprel ayında Pakistanda keçirilən danışıqlara da Trampın göndərdiyi heyətə vitse-prezident J.D Vens, Vitkoff və Kuşner daxil idi. Tramp özü də “Vitkoff və kürəkənim Jared Kuşner dərin danışıqlar aparır” deyib.

Mart ayında da Tramp deyirdi ki, Vitkoff və Kuşner bazar günü İranla danışıqlar aparıb, bazar ertəsi davam edəcək.

Kuşner Trampın birinci prezidentliyi dövründə də Yaxın Şərq məsələləri ilə məşğul olub. “İbrahim sazişləri”nin memarı sayılır. Tramp ona güvənir və İranla bağlı “arxa kanal” danışıqları aparmaq üçün istifadə edir. Danışıqlar çox vaxt Türkiyə, Pakistan, Misir vasitəçiləri ilə, həmçinin mesajlaşma yolu ilə gedir.

Amma bu taktika tənqid də olunur. 2026-cı ilin fevralında Cenevrə danışıqları uğursuz olandan sonra bəzi diplomatlar Vitkoff və Kuşneri "İranın mövqeyini Trampa səhv çatdırmaqda" günahlandırdı. Hətta bir Körfəz diplomatı onları "İsrailin aktivləri kimi hərəkət etməkdə" və "qeyri-ənənəvi, dağıdıcı diplomatiya" aparmaqda ittiham etdi.

Yəni Tramp İranla danışıqlarda Kuşneri əsas fiqur kimi saxlayır. Hər dəfə heyətə onu salır, çünki həm ailə üzvüdür, həm də 2020-2024-də Yaxın Şərq dosyesinə baxıb.

Tramp kürəkəni Kuşner vasitəsilə İrana məxfi mesajlar ötürə bilərmi?

Qısa cavab belədir ki, bu proses artıq baş verir. Kuşner məhz "arxa kanal" funksiyasını yerinə yetirir, yəni rəsmi diplomatiya xaricindəki məxfi əlaqə xətti rolunu oynayır. Qeyd etdiyimiz kimi, Trampın birinci prezidentliyi dövründə də eyni model tətbiq edilmişdi - Kuşner o zaman da rəsmi vəzifəsi olmadan Yaxın Şərq dosyesini idarə edirdi və "İbrahim sazişləri"nin arxasında məhz onun şəxsi əlaqələri dururdu.

Tramp ona görə Kuşneri göndərir ki, o dövlət vəzifəlisi deyil, ailə üzvüdür. Bu fərq diplomatik baxımdan çox vacibdir. Danışıqlar uğursuz olsa, Ağ Ev bunu rəsmi müzakirə kimi təqdim etməkdən imtina edə bilər, istənilən addımı inkar edə bilər. Bu cür "inkar edilə bilən diplomatiya" xüsusilə İranla münasibətlərdə vacibdir, çünki hər iki tərəf daxili auditoriyası qarşısında güzəştə getdiyini göstərmək istəmir.

Bundan əlavə, Kuşner nəticəni birbaşa Trampa çatdırır, arada heç bir bürokratik süzgəc, heç bir dövlət departamenti filtri yoxdur. Bu isə Trampa sürətli qərar qəbul etmək imkanı verir.

İran üçün də bu format müəyyən mənada əlverişlidir. Ölkə rəsmi səviyyədə ABŞ ilə danışıqlar apardığını açıq etiraf etmədən öz şərtlərini və sərhədlərini ötürə bilir. Xüsusilə İran daxilindəki sərt qanadın təzyiqi altında olan rəhbərlik üçün bu, özünü xilas etmə mexanizmidir. Rəsmi danışıq masası olmadan, rəsmi güzəşt də olmur - ən azından ictimaiyyətin gözündə.

Lakin bu modelin ciddi zəif tərəfləri də var. Kuşner İsrail tərəfdarı kimi tanınan bir şəxsdir, "İbrahim sazişləri"nin memarı sayılır və İsraillə sıx şəxsi əlaqələri var. İran bunu yaxşı bilir. Bəzi təhlilçillər hesab edir ki, İran ona tam açıq danışmır, mesajlarını şüurlu şəkildə filtrlənmiş şəkildə göndərir. Yəni Kuşner Trampa İranın əsl mövqeyini deyil, İranın ABŞ-a göstərmək istədiyi obrazı çatdıra bilər. Cenevrə danışıqlarının uğursuz olmasından sonra bir Körfəz diplomatının onu və Vitkofu "İsrailin aktivləri kimi hərəkət etməkdə" ittiham etməsi məhz bu narahatlığı əks etdirir.

Başqa bir problem isə peşəkar diplomatların bu prosesdən kənarda qalmasıdır. Dövlət Departamentinin təcrübəli İran mütəxəssisləri, regionu dərindən tanıyan diplomatlar danışıqların xaricindədir. Kuşner isə iqtisadiyyat və daşınmaz əmlak sahəsindən gəlib. Onun İran siyasəti, şiə ideologiyası, daxili İran siyasəti haqqında dərin biliyinin olub-olmadığı sual altındadır. Bu boşluq danışıqların istiqamətini səthi saxlaya bilər.

Üçüncü problem beynəlxalq etimad məsələsidir. Oman, Türkiyə, Pakistan kimi vasitəçi ölkələr bu qeyri-rəsmi kanalla işləməyə razı olsalar da, onlar da bilir ki, Kuşnerin söz verdiyi hər şey sabah Trampın qərarı ilə dəyişə bilər. Rəsmi müqavilə olmadan verilən sözün hüquqi dəyəri yoxdur. Bu isə İrana güzəştə getmək üçün əlavə səbəb vermır, əksinə, ehtiyatlı olmağa sövq edir.

Nəticə etibarilə Kuşner məxfi kanal kimi artıq fəaliyyət göstərir və bu kanalın işlədiyi də görünür, danışıqlar davam edir, tərəflər masadan qalxmır. Lakin bu modelin nə qədər dərin nəticə verəcəyi şübhəlidir. Arxa kanal münaqişəni yumşalda bilər, amma hərtərəfli nüvə sazişi kimi mürəkkəb bir məsələni peşəkar diplomatiya olmadan həll etmək çox çətindir. Sual odur ki, Tramp Kuşneri yalnız dialoqu canlı saxlamaq üçün istifadə edir, yoxsa həqiqətən onun vasitəsilə böyük bir saziş bağlamağı planlaşdırır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ