Cümə günü, 06 noyabr 2026
     

ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

Image


(Elmi-ədəbi-publisistik esse)

Azərbaycanın müasir tarixində elə şəxsiyyətlər vardır ki, onların ömür yolu yalnız şəxsi talenin deyil, bütöv bir xalqın mənəvi və intellektual yüksəliş tarixinin ayrılmaz hissəsinə çevrilir. Belə simalardan biri də dünya şöhrətli alim, görkəmli cərrah-onkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Tağı oğlu Əmiraslanovdur. Onun adı Azərbaycan tibb elminin inkişafı, müasir səhiyyə sisteminin formalaşması, ali tibb təhsilinin beynəlxalq səviyyəyə yüksəldilməsi və dövlətçilik ideyalarının möhkəmləndirilməsi ilə qırılmaz tellərlə bağlıdır.

Bəzən tarix böyük şəxsiyyətləri özü yetişdirir. Bəzən isə böyük şəxsiyyətlər öz zəhmətləri ilə tarix yaradırlar. Əhliman Əmiraslanov məhz ikinci qəbildən olan insanlardandır. Onun həyat yolu göstərir ki, istedad yalnız zəhmətlə, zəhmət isə yalnız vətən sevgisi ilə birləşəndə böyük nəticələr doğurur.

GÖYÇƏ MAHALINDAN BAŞLAYAN YOL

1947-ci ilin payızında Qərbi Azərbaycanın qədim Göyçə mahalında – Basarkeçər rayonunun Zod kəndində dünyaya göz açan Əhliman Əmiraslanov uşaqlıq illərindən elmə və biliyə xüsusi maraq göstərirdi. O dövrdə ucqar kənddə yaşayan bir yeniyetmənin gələcəkdə dünyanın tanınmış onkoloqlarından birinə çevriləcəyini heç kəs təsəvvür etmirdi. Lakin zəhmət, iradə və məqsədyönlülük onun taleyini müəyyənləşdirmişdi. Orta məktəbi qızıl medalla bitirməsi gələcək uğurların ilk müjdəsi idi.

1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan gənc Əhliman tələbəlik illərindən seçilirdi. O, tibb təhsilini sadəcə peşə kimi deyil, insanlığa xidmət missiyası kimi qəbul edirdi. Hələ tələbə olarkən Bakı Şəhər Klinik Onkologiya Xəstəxanasında əmək fəaliyyətinə başlaması onun gələcək taleyinin istiqamətini müəyyənləşdirdi. Xərçəng xəstəliyi ilə mübarizə sonrakı onilliklər ərzində onun həyatının əsas məqsədlərindən birinə çevrildi.

ELMİ ZİRVƏLƏRƏ DOĞRU

Elm səbir tələb edir. Böyük elm isə fədakarlıq.

Əhliman Əmiraslanovun Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkologiya Elmi Mərkəzində keçdiyi illər onun alim kimi formalaşmasının mühüm mərhələsi oldu. Burada o, yalnız nəzəri biliklərə yiyələnmədi, həm də dünya onkologiyasının qabaqcıl istiqamətlərini mənimsədi. 1977-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edərək gənc yaşlarında elmi dairələrin diqqətini cəlb etdi. Onun osteogen sarkomalar və dayaq-hərəkət sistemi şişlərinin müalicəsi ilə bağlı araşdırmaları böyük elmi maraq doğurdu.
Moskvada fəaliyyət göstərdiyi illərdə SSRİ miqyasında tanınan alimə çevrilən Əhliman Əmiraslanovun qarşısında geniş imkanlar açılmışdı. O, yüksək vəzifələrdə çalışır, nüfuzlu elmi layihələrə rəhbərlik edirdi. Lakin onun qəlbi həmişə Vətənlə döyünürdü.

Müstəqilliyin ilk illərində Azərbaycanın ağır günlər yaşadığı bir dövrdə o, rahat və təminatlı həyatı deyil, Vətənə xidmət yolunu seçdi. Bu seçim sadəcə alim qərarı deyildi; bu, vətəndaşlıq mövqeyi, milli məsuliyyət və mənəvi borcun təzahürü idi.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN YENİ İNTİBAH DÖVRÜ

1992-ci ildə Azərbaycan Tibb Universitetinə rəhbər təyin olunan akademik Əhliman Əmiraslanov ölkənin ən nüfuzlu ali tibb məktəblərindən birinin tarixində yeni səhifə açdı.

Müstəqilliyin ilk illərində maddi çətinliklər, təhsil sistemindəki problemlər və beynəlxalq əlaqələrin məhdudluğu ali məktəblərin inkişafını ləngidirdi. Lakin onun uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan Tibb Universiteti qısa müddətdə regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrildi. Universitetin beynəlxalq əlaqələri genişləndirildi, Avropa universitetləri ilə əməkdaşlıq quruldu, müasir klinikalar yaradıldı, tədris və elmi-tədqiqat bazası yeniləndi.

Bu gün universitetin nəzdində fəaliyyət göstərən müasir Tədris-Terapevtik, Tədris-Cərrahiyyə, Onkoloji və Stomatoloji klinikalar həmin uzaqgörən siyasətin nəticəsidir. Minlərlə tələbə və rezident bu klinikalarda müasir tibbin sirlərinə yiyələnir.

HƏKİMLİK SƏNƏTİNİN ZİRVƏSİNDƏ

Həkim peşəsi insan taleyinə toxunmaq sənətidir.

Əhliman Əmiraslanovun həyatının ən böyük dəyəri məhz insanlara bəxş etdiyi sağlamlıqdır. Minlərlə mürəkkəb əməliyyat, minlərlə xilas edilmiş həyat, minlərlə ailənin yenidən qazandığı ümid onun peşə fəaliyyətinin canlı salnaməsidir.

Mənbələrdə qeyd olunduğu kimi, akademik fəaliyyət dövründə 20 mindən artıq mürəkkəb cərrahi əməliyyat icra etmişdir. Bu rəqəmin arxasında minlərlə insan taleyi, minlərlə dua və minnətdarlıq dayanır.

Onun xəstəyə münasibətində tibb elmi ilə humanizm birləşir. Çünki o, insanı yalnız xəstə kimi deyil, taleyi, arzuları və ümidləri olan bir varlıq kimi görür.

ELMİ MƏKTƏB YARADAN ALİM

Əsl alim yalnız araşdırma aparan deyil, həm də özündən sonra davamçı yetişdirəndir.

Akademik Əhliman Əmiraslanov Azərbaycanda müasir onkologiya məktəbinin yaradıcılarından hesab olunur. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir. Yüzlərlə elmi məqalə, monoqrafiya, dərslik və metodik vəsait müəllifi kimi o, Azərbaycan tibb elminin inkişafına fundamental töhfələr vermişdir.

Bu gün onun tələbələri Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin aparıcı klinikalarında fəaliyyət göstərir, müəllimlərinin yaratdığı elmi ənənələri davam etdirirlər. Bu isə alim üçün ən böyük mükafatdır.

PARLAMENT TRİBUNASINDA HƏKİM TƏFƏKKÜRÜ

2015-ci ildə Milli Məclisdə ilk dəfə ayrıca Səhiyyə Komitəsi yaradılarkən ona rəhbərliyin məhz akademik Əhliman Əmiraslanova həvalə edilməsi təsadüfi deyildi. Çünki səhiyyənin problemlərini ən yaxşı bilənlər həmin sahədə ömür sərf etmiş mütəxəssislərdir.

Elm və Təhsil Portalı

Komitə sədri kimi o, səhiyyə qanunvericiliyinin müasirləşdirilməsi, icbari tibbi sığorta sisteminin inkişafı, transplantologiya, bioetika və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir.

Onun fəaliyyətində diqqəti cəlb edən əsas cəhət siyasətçi təfəkkürü ilə həkim məsuliyyətinin vəhdətidir. O, hər bir qanunun arxasında insan taleyini görür və məhz buna görə də səhiyyə məsələlərinə yüksək həssaslıqla yanaşır.

ALİM, MÜƏLLİM , VƏTƏNDAŞ

Böyük insanlar təkcə vəzifələri ilə deyil, şəxsiyyətləri ilə də yadda qalırlar.

Əhliman Əmiraslanovun həyatında sadəlik, təvazökarlıq və zəhmətkeşlik əsas xüsusiyyətlər kimi diqqəti çəkir. O, beynəlxalq nüfuza malik alim olmasına baxmayaraq, həmişə müəllim adını böyük qürurla daşıyıb. Auditoriyalarda tələbələrə dərs deməyi, gənc alimlərlə işləməyi öz fəaliyyətinin ayrılmaz hissəsi hesab edib.

Onun həyat fəlsəfəsinin əsasında insan amili dayanır. O, dəfələrlə vurğulayıb ki, səhiyyənin əsas məqsədi xəstəliyi deyil, insanı müalicə etməkdir.

ZAMANIN SINAĞINDAN KEÇƏN ÖMÜR

Bu gün akademik Əhliman Əmiraslanovun ömür yolu Azərbaycan elminin, təhsilinin və səhiyyəsinin inkişaf tarixinin mühüm bir hissəsidir.

O, Göyçə mahalının sadə kəndindən başlayaraq dünya tibb elminin zirvələrinə yüksəlmiş, minlərlə insanın həyatına nur gətirmiş, yüzlərlə alim yetişdirmiş, müstəqil Azərbaycanın səhiyyə sisteminin inkişafında mühüm rol oynamışdır.
Belə insanlar haqqında danışarkən onların tutduğu vəzifələrdən çox, yaratdıqları dəyərlər önə çıxır. Əhliman Əmiraslanovun yaratdığı dəyər isə insan sağlamlığına xidmət edən elm, elmə söykənən dövlətçilik və dövlətçiliklə qorunan milli gələcəkdir.

Bu mənada akademik Əhliman Əmiraslanovun ömür yolu yalnız bir alimin bioqrafiyası deyil, həm də Azərbaycan ziyalısının Vətənə xidmət dastanıdır.

Rahib KƏRİMLİ,
yazıçı-jurnalist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ