İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın "dəniz blokadası"na son qoymağa hazır olduğuna dair işarələr aldıqlarını və blokadanın ləğv ediləcəyi təqdirdə İslamabadda danışıqların keçirilə biləcəyini bildirib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İrəvani İslamabadda keçirilməsi planlaşdırılan, lakin ABŞ-ın İrana qarşı dəniz blokadası səbəbindən ləğv edilən danışıqlara münasibət bildirib.
ABŞ-ın atəşkəs razılaşmasını pozduğunu bildirən İrəvani deyib: "Biz onlardan blokadanı ləğv etmələrini istədik. Onlardan blokadanı ləğv edəcəkləri barədə işarələr aldıq. Beləliklə, İslamabadda danışıqların ikinci mərhələsi keçirilə bilər".
Qeyd edək ki, İrana "dəniz blokadası" tətbiq edən ABŞ iki İran ticarət gəmisinə hücum edərək onları ələ keçirib.
Tahir TAĞIYEV