Hörmüz boğazında gərginlik artır. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) iki ticarət gəmisinin ələ keçirildiyini və İran sahillərinə yönləndirildiyini açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Komandanlığının yazılı açıqlamasında, "lazımi icazələri olmayan və naviqasiya sistemlərini manipulyasiya edərək dəniz təhlükəsizliyini təhlükəyə atan" "MSC-Francesca" və "Epaminodes" adlı iki gəmiyə müdaxilə edildiyi və ələ keçirildiyi bildirilir.
Açıqlamada "MSC-Francesca"nın İsraillə əlaqəli olduğu iddia edilir. Müdaxilənin dəqiq yeri göstərilməsə də, hər iki gəminin ələ keçirildiyi və İran sahillərinə yönləndirildiyi bildirilir.
SEPAH Hörmüz boğazının təhlükəsizliyinin pozulmasının İran üçün "qırmızı xətt" olduğunu vurğulayıb.
Qeyd edək ki, İrana "dəniz blokadası" tətbiq edən ABŞ iki İran ticarət gəmisinə hücum edərək ələ keçirib. bunu "piratçılıq aktları" adlandıran İran rəsmiləri bu hücumlara cavab verəcəklərini bildirmişdilər.
Tahir TAĞIYEV