ABŞ Prezidenti Donald Tramp hesab edir ki, dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün olmayacaq.
"İran Hörmüz boğazının bağlanmasını istəmir; onlar gündə 500 milyon dollar qazana bilmək üçün onun açıq olmasını istəyirlər. Onlar deyirlər ki, yalnız mən onu tamamilə bağladığım üçün bağlanmasını istəyirlər, yəni onlar sadəcə "simalarını qorumaq" istəyirlər", - deyə o, Truth Social-da yazıb.
"Amma bunu etsək, İranla razılaşma heç vaxt baş tutmaya bilər", - deyə Amerika lideri əlavə edib.
SAMİRƏ