Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasının müraciəti əsasında Gəncə Şəhər İcra Hakimiyyətində yoxlamalara başlanılıb.
Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. 2023–2025-ci illəri əhatə edən yoxlama çərçivəsində ümumilikdə 192 milyon manat vəsait araşdırılıb.
Məlumata əsasən, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən edilib.
Həmçinin mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə məhkəmə prosesi davam edir.
ZÜMRÜD