Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun keçmiş komandiri general-mayor Qriqori Xaçaturov axtarışa verilib.
Respublika Prokurorluğundan Armenia Today-ə verilən məlumata görə, Xaçaturov bir qrup şəxs arasında əlbir olaraq rüşvət almaqda, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur və bu, ağır nəticələrə səbəb olub.
Xaçaturov 2021-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib. 2023-cü ilin mart ayında o, vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamı ilə həbs edilib. Məhkəməyəqədərki həbs qətimkan tədbiri dəyişdirildikdən sonra 2023-cü ilin dekabr ayında azadlığa buraxılıb.
Qeyd edək ki, Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. 2018-ci ildə ata Xaçaturova qarşı başqaları ilə birlikdə Ermənistanın konstitusiya quruluşunu devirmək ittihamı ilə cinayət işi açılıb.
SAMİRƏ