şənbə günü, 26 sentyabr 2026
     

ABŞ-İran savaşı TRIPP-ə 2 ağır problem yaradıb...

Image


"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) artıq icra mərhələsinə daxil olub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. Layihə Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək, eyni zamanda marşrut həm də Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. TRIPP Ermənistan-Azərbaycan münaqişəsindən sonra mümkün dönüş nöqtəsi sayılır.

Ancaq layihənin reallaşması yolunda əngəllər çıxa, ABŞ və İsrailin İranla davam edən müharibəsi Vaşinqtonun bu layihəni gerçəkləşdirmə imkanlarını zəiflədə bilər. "Carnegie Europe" təşkilatından Tomas de Vaal deyir ki, münaqişə davam etdiyi müddətdə ABŞ personalının tədqiqat, təhlükəsizlik və ya nəzarət məqsədilə İran sərhədinə yaxın ərazilərdə yerləşdirilməsi çətin olacaq. Bu isə layihənin praktik mərhələyə nə qədər tez keçə biləcəyi ilə bağlı ciddi suallar yaradır. Təhlilçinin fikrincə, ilk mərhələdə TRIPP ətrafında müsbət dinamika var idi, amerikalılar layihəni fəal şəkildə irəli aparırdılar. Vitse-prezident Ceyms Di Vensin regiona səfəri iki ölkə ilə ikitərəfli münasibətləri gücləndirdi. Məqsəd dəmir yolunu Trampın ikinci prezidentlik müddətinin sonuna - 2028-ci ilə qədər əsasən başa çatdırmaqdır: "Təəssüf ki, İran müharibəsi prosesi iki səbəbdən çətinləşdirir. Birincisi, İranla münaqişə getdiyi müddətdə amerikalıların tədqiqat və ya nəzarət məqsədilə sərhədə yaxın ərazilərdə işləməsi çox təhlükəlidir. İkincisi, TRIPP üçün özəl maliyyə cəlb etmək istəyirlər. ABŞ ilkin olaraq təxminən 400 milyon dollar ayırıb, amma daha böyük həcmdə işlər üçün özəl investisiya lazımdır. İranla sərhədə çox yaxın bir layihəyə investor cəlb etmək isə daha çətin olacaq. Beləliklə, çox şey İranla münaqişənin gedişatından asılıdır. Münaqişə nə qədər uzansa, alternativ marşrut ideyaları bir o qədər aktivləşə bilər. Ötən həftə Bakı ilə Moskva arasında müəyyən yaxınlaşmanın başlamasını təsadüfi saymıram. Gürcüstan hələ də əsas tranzit marşrut olaraq qalır". "İran daha əvvəldən TRIPP-ə qarşı çıxıb. Tehran bu layihəni əngəlləmək üçün nə edə bilər? Davam edən müharibə onun təsir imkanlarını dəyişibmi?" Bu suala cavabında təhlilçi Naxçıvan hava limanı yaxınlığına düşən bir neçə dronun yaratdığı reaksiyanı xatırladır: "Sadəcə bir-iki dron belə təhlükə hissi yaradır və bu artıq problemlərə səbəb olur". Onun sözlərinə görə, İranda müxtəlif ssenarilər mümkündür: "ABŞ ilə münaqişə davam edə, sərt xətt tərəfdarları hakimiyyətdə qala, yaxud daxili qeyri-sabitlik və iğtişaşlar baş verə bilər. Bu ssenarilərin hamısı TRIPP ilə bağlı narahatlıqları artıracaq".

Rusiyanın TRIPP-ə münasibətinə toxunan Tomas de Vaal "Radio Free europe"ə açıqlamasında deyir ki, Moskva hər məqamı diqqətlə izləyir və maksimum fayda götürməyə çalışır: "Əgər TRIPP reallaşsa, Rusiya bundan faydalanmaq, hətta amerikalılarla əməkdaşlıq etmək istəyəcək. Əminəm ki, bu mövzuda müzakirələr artıq aparılıb. Əgər problemlər yaranarsa, Rusiya deyə bilər: "Bizə arxalana bilərsiniz, İranla daha yaxşı münasibətlərimiz var". Yəni, Rusiya bütün mümkün variantları nəzərdən keçirir". Bəs, İran müharibəsi ABŞ-ın diqqətini TRIPP-dən yayındırırmı? Təhlilçi bunun belə olmadığını, marşrutun Tramp administrasiyası və şəxsən prezident Donald Tramp üçün çox önəmli olduğunu qeyd edir: "Layihə onun adını daşıyır, bu, böyük prestij məsələsidir. Yəni, Vaşinqtonun layihəni reallaşdırmaq üçün güclü motivasiyası var. TRIPP-in maliyyə çatışmazlığı ilə üzləşmə riskinə gəlincə, Tomas de Vaal bildirir ki, Sünikdən Naxçıvana qədər cəmi 42 kilometrlik dəmir yolu üçün maliyyəni müxtəlif mənbələrdən tapmaq mümkündür. Bu, Azərbaycan və Türkiyə kimi regional oyunçular, Körfəz ölkələri, ABŞ, Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları ola bilər: "TRIPP-dən kənar layihələr daha problemlidir. Məsələn, Qars-Dilucu dəmir yolu təxminən 2.5 milyard dollara başa gələ bilər. Dağlıq relyef və tunellər bu məbləği artıra bilər. Amma TRIPP üçün maliyyənin tapılacağına əminəm".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ