İtaliyanın xarici işlər naziri Antonio Tajani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağırıb.
Buna səbəb isə televiziya aparıcısı Vladimir Solovyovun Baş nazir Giorgia Meloni haqqında səsləndirdiyi təhqiramiz ifadələr olub.
Nazir Tajani rus səfiri çağıraraq Solovyovun sözlərinə rəsmi etirazını bildirib.
İtaliya mediası yazır ki, Solovyov veriliş zamanı Meloniyə qarşı ciddi ittihamlar irəli sürüb. İtaliya prezidenti Sercio Mattarella da daxil olmaqla çoxsaylı siyasətçilər isə bu açıqlamaları "qəbuledilməz" adlandırıb və baş nazirə dəstək mesajları göndəriblər.
Tahir TAĞIYEV