İran nümayəndə heyəti ABŞ Hörmüz boğazının blokadasını qaldırana qədər danışıqların aparılmamasında israr edən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təzyiqi səbəbindən danışıqları uzadır.
Bu barədə Axios mənbələrə istinadən xəbər verir. Bir mənbəyə görə, heyət Ali Rəhbər Müctəba Xameneidən icazə gözləyirdi ki, bu da "bazar ertəsi axşamı gəldi".
Nəşrin məlumatına görə, Ağ Ev bütün bazar ertəsi günü Tehrandan danışıqçıları İslamabada göndərəcəyi barədə siqnal gözləyib.
Mənbələr vitse-prezident J.D.Vensin potensial razılaşmanı müzakirə etmək üçün çərşənbə axşamı səhər İslamabada uçacağını bildiriblər.
Qeyd edək ki, bir gün əvvəl Prezident Donald Tramp İranla iki həftəlik atəşkəsi uzatma ehtimalının az olduğunu bildirmişdi. 7 apreldə elan etdiyi atəşkəsin "Vaşinqton vaxtı ilə çərşənbə axşamı" bitdiyini deyən Tramp bildirib ki, əgər o vaxta qədər razılıq əldə olunmasa, "onu uzatma ehtimalı çox azdır".
Tramp onu da bildirib ki, Vens danışıqları "ya çərşənbə axşamı axşamı, ya da çərşənbə səhəri" davam etdirmək üçün bazar ertəsi günü Pakistana gedəcək. Ona Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Vitkoffun qoşulacağı gözlənilir.
SAMİRƏ