ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis sosial mediada Prezident Donald Trampı Yaxın Şərqdəki münaqişəyə son qoymağa çağırıb.
O yazıb ki, növbəti 48-72 saat Amerikanın maraqları üçün həlledici ola bilər. “Prezident Tramp yenidən İranı məhv etməyə cəhd edərsə, ordumuza dəyən ziyan və ümumi milli təhlükəsizliyimizin zəifləməsi ciddi olacaq. Daha da əhəmiyyətlisi, qlobal iqtisadiyyatı partladacaq və özümüzün iqtisadiyyatımızı məhv edəcək bir fitil yandıra bilərik və ən pis ssenaridə, bunun bərpası bir nəsil çəkə bilər"- paylaşımda deyilir.
SAMİRƏ