ABŞ Prezidenti Donald Tramp İran nümayəndə heyətini səkkiz qadının edamını dayandırmağa çağırıb.
Vesti xəbər verir ki, o, belə bir addımın ABŞ və İslam Respublikası arasında qarşıdan gələn danışıqlar üçün "əla başlanğıc" ola biləcəyini bildirib.
"Bu qadınların azadlığa buraxılmasına çox minnətdar olardım. Əminəm ki, onlar sizin jestinizi qiymətləndirəcəklər. Xahiş edirəm, onlara zərər verməyin! Bu, danışıqlarımız üçün əla başlanğıc olardı!" - deyə Amerika lideri özünün Truth Social səhifəsində yazıb.
Tramp müraciətində internet ulduzu Eyal Yakobinin "İranda səkkiz qadının edamını gözlədiyini" bildirən paylaşımına istinad edib. O, onların şəkillərini adlarını açıqlamadan sosial media səhifəsində paylaşıb.
SAMİRƏ