Almaniyanın "Der Spiegel" qəzetinin yazdığına görə, İranla uzun sürən münaqişədən sonra ABŞ-ın hərbi gücünün zəifləməsi Ukraynaya təsir göstərə bilər.
Nəşr vurğulayır ki, ABŞ-ın İrana qarşı əməliyyatının uğursuzluğu Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin tamamilə itirilməsinə səbəb ola bilər. Qeyd olunur ki, Kiyev rejimi Amerikanın "Patriot" zenit sistemləri üçün raketlərə ehtiyac duyur və artıq bu mərmilərin çatışmazlığı ilə üzləşir.
Məqalədə deyilir: "Ukrayna və Fars körfəzi ölkələrinin silah bazarında təchizat yarışına girməsi olduqca mümkündür. Nəticə qiymətlərin artması olacaq ki, bu da Kiyevin rəqabətdə uduzmasına səbəb olacaq".
Xatırladaq ki, Çikaqo Universitetinin professoru Con Mirşaymer əvvəllər bildirmişdi ki, ABŞ resursları tükəndiyindən Kiyev rejiminə hərbi dəstək vermək cəlbedici ideya deyil. O qeyd edib ki, Vaşinqtonun Ukraynaya xeyli miqdarda silah ötürmək niyyəti yoxdur.
SAMİRƏ