Ukrayna Prezidenti Zelenski, Avropa İttifaqı (Aİ) üzvlüyünə alternativ olaraq yeni müdafiə ittifaqı yaradılmasını gündəmə gətirib.
Zelenski bildirib ki, Ukrayna, Norveç, Böyük Britaniya və Türkiyənin ittifaqı Avropa Birliyini daha da gücləndirə bilər: “Bu dörd ölkə Avropa Birliyində çatışmayan gücü təmin edər".
Zelenski, bəzi Aİ ölkələrinin Ukraynanın birliyə üzvlüyünə tərəddüdlü yanaşmasını isə tənqid edib və Ukrayna, Norveç, Britaniya və Türkiyənin Avropanın təhlükəsizlik imkanlarını gücləndirə biləcəyini iddia edib.
Bu açıqlamalar Almaniya və Fransanın Ukraynanın sürətləndirilmiş Aİ üzvlüyünü dəstəkləmədiyi bir vaxta təsadüf edir.
“Financial Times” qəzetinin məlumatına görə, Paris və Berlindən gələn təkliflər Kiyevin 2027-ci ilə qədər üzvlüklə bağlı gözləntilərini doğrultmur.
Tahir TAĞIYEV