Ermənistanın insan haqları müdafiəçisi Anahit Manasyan Baş nazir Nikol Paşinyanın Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Tsarukyanın rəhbərlik etdiyi üç müxalifət qüvvəsinin seçicilərini "it sürüsü" adlandıran açıqlamalarına münasibət bildirib.
Bu barədə Sputnik Armenia xəbər verir.
"Mən həmişə bütün natiqləri bu cür açıqlamalardan çəkinməyə çağırıram. Mənim çağırışım hər kəsə aiddir və mən bu məsələdə səsimin eşidilməsini, o cümlədən icra hakimiyyəti tərəfindən eşidilməsini çox vacib hesab edirəm", - Manasyan jurnalistlərə bildirib.
SAMİRƏ